AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev beynəlxalq konfransın proqram komitəsinə üzv seçilib May 05, 2021 | 03:49 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “Siqnalların Emalı və Süni İntellekt Sahəsində Nailiyyətlər” mövzusunda III beynəlxalq konfransın  (3rd International Conference on Advances in Signal Processing and Artificial Intelligence – ASPAI-2021) proqram komitəsinin üzvü seçilib.

17-19 noyabr 2021-ci il tarixlərdə Portuqaliyanın Porto şəhərində keçiriləcək konfransın gündəliyinə süni intellekt alqoritmləri, intellektual sistem arxitekturaları, hibrid intellektual və ekspert sistemlər, sensor sistemləri, maşın təlimi, süni neyron şəbəkələri, qeyri-səlis məntiq, biometriya, nitqin tanınması və s. mövzular daxildir.

ASPAI-2021-in keçirilməsində əsas məqsəd süni intellekt və siqnal emalı texnologiyaları sahəsində tanınan aparıcı beynəlxalq tədqiqatçıları, alim və mütəxəssisləri bir araya gətirmək, müvafiq mövzularda bilik və təcrübələri paylaşmaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı