Akademik Rasim Əliquliyev beynəlxalq konfransa əsas məruzəçi qismində dəvət olunub May 03, 2021 | 03:42 / Mühüm hadisələr

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev 16-17 avqust 2021-ci il tarixlərdə Berlin şəhərində keçiriləcək Kibertəhlükəsizlik və Etik Hakinq üzrə Beynəlxalq Konfransa (“International Conference on Cyber Security & Ethical Hacking”) əsas məruzəçi kimi dəvət olunub.

Konfransın keçirilməsində əsas məqsəd müxtəlif ölkələrdə müvafiq sahədə fəaliyyət göstərən nüfuzlu alim və mütəxəssisləri bir araya gətirməklə dünya səviyyəsində kibertəhlükəsizliyin təmin edilməsi üçün bilik, təcrübə və tədqiqatları paylaşmaq, eləcə də şəbəkə, cihaz və proqramların istənilən növ kiberhücumlardan qorunması və bərpa olunması vəziyyətini müzakirə etməkdir.

Tədbirin əsas istiqamətlərinə biometrik təhlükəsizlik, blokçeyn və tətbiqi kriptoqrafiya, kibercinayətkarlıq, bulud təhlükəsizliyi və virtuallaşdırma, mobil qurğuların və Əşyaların İnternetinin təhlükəsizliyi və s. aiddir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı