İnstitutun elmi jurnallarının beynəlxalq bazalarda təmsilçilik məsələləri ilə bağlı növbəti müşavirə keçirilib May 03, 2021 | 10:46 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” elmi jurnallarının beynəlxalq bazalarda təmsilçilik məsələləri ilə bağlı növbəti müşavirə keçirilib.

Onlayn tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev açaraq müşavirədə jurnalların beynəlxalq akademik bazalarda təmsilçiliyinə dair mövcud problemlər və onların həlli yolları, eləcə də elmi jurnalların veb-saytlarının vəziyyəti ilə bağlı müzakirələrin aparılacağını söyləyib.

12 saylı şöbənin əməkdaşı, böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova çıxış edərək İnformasiya Texnologiyaları İnstitutu tərəfindən nəşr olunan jurnalların  “Web of Science” və “Scopus” beynəlxalq akademik bazalarının minimal tələblərinə cavab verməsi ilə bağlı təhlillərin aparıldığını diqqətə çatdırıb. Bildirib ki, jurnalların veb-saytlarının funksionallığının artırılması ilə bağlı müəyyən işlər həyata keçirilmiş, bir sıra problemlər öz həllini tapmışdır. Həmçinin redaksiya heyəti üzvlərinin monitorinqi aparılmışdır.

Akademik Rasim Əliquliyev institutun jurnallarının dünyanın tanınmış elmi bazalarının tələblərinə cavab verməsi üçün bütün lazımi tədbirlərin görülməsinin vacib olduğunu deyib. Bu məqsədlə mütəmadi olaraq monitorinqlər və təhlillərin aparılması, elmmetriya saatının keçirilməsinin zəruriliyini önə çəkib. İnstitutun hər bir əməkdaşını bu prosesdə fəal iştirak etməyə çağırıb.

R.Əliquliyev bildirib ki, hər bir şöbə rəhbəri xarici həmkarları ilə əlaqələri möhkəmləndirərək birgə tədqiqatlar aparmalı, beynəlxalq əməkdaşlığın inkişafına töhfə verməlidir.  

Akademik, həmçinin müşavirədə səsləndirilən bütün təklifləri nəzərə almaqla institutun jurnallarının beynəlxalq akademik bazalara inteqrasiyasına dair tədbirlər planının hazırlanmasının vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı