Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının ilk iclası keçirilib Aprel 19, 2021 | 04:08 / Konfranslar, iclaslar

Aprelin 16-da Azərbaycan  Respublikası  Elmi  Tədqiqatların  Əlaqələndirilməsi  Şurasının (ETƏŞ) Fizika-riyaziyyat və texnika elmləri üzrə problem  şurasının ilk iclası keçirilib.

Onlayn iclasda problem şurasının üzvləri, elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər.

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik Rasim Əliquliyev iclas iştirakçılarını salamlayaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb, şuranın işinə uğurlar arzulayıb.

Akademik bildirib ki, Azərbaycan Respublikasının 14 iyun 2016-cı il tarixli “Elm haqqında” qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş ETƏŞ haqqında Əsasnamənin müvafiq bəndlərinə uyğun olaraq elmi istiqamətlər üzrə problem şuralarında konkret istiqamətlərə dair dissertasiya mövzuları müzakirə edilərək təsdiq edilir.

R.Əliquliyev qeyd edib ki, dissertasiya mövzularının ETƏŞ tərəfindən təsdiq edilməsi Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 2.4. bəndində də öz əksini tapmışdır. Bu bənddə göstərilir ki, dissertasiyaların mövzularını müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının təqdimatı əsasında Azərbaycan Respublikası ETƏŞ hər bir iddiaçı üçün ayrılıqda təsdiq edir və ya dəyişdirir.

Akademik Rasim Əliquliyev elmi istiqamətlər üzrə problem şurasının yaradılmasının əsas məqsədinin ölkədə müvafiq elmi istiqamətlərin inkişaf etdirilməsi, həmin elmi istiqamətlər üzrə aparılan elmi tədqiqat işlərinin əlaqələndirilməsi, müxtəlif strukturların birgə elmi tədqiqatlara cəlb edilməsi, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsi, onların nəticəliliyi və səmərəliliyinin yüksəldilməsinin təmin edilməsi olduğunu bildirib.

Həmçinin qeyd edib ki, elmi istiqamətlər üzrə problem şurasının əsas vəzifələrindən biri elmi tədqiqat və ali təhsil müəssisələrində elmin müvafiq istiqamətləri üzrə yerinə yetirilən dissertasiya mövzularını elmi (elmi-texniki) şuraların təqdimatı əsasında müzakirə etmək, onların təsdiqi və ya dəyişdirilməsi haqqında qərar qəbul etməkdir.

Problem şurasının sədri bu məqsədlə elmi istiqamətlər üzrə 6 problem şurasının yaradıldığını bildirib, Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının tərkibini təqdim edib.

Sonra akademik Rasim Əliquliyev elmlər doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün 2 müraciətin daxil olduğunu iclas iştirakçılarının nəzərinə çatdırıb.

Hər iki dissertasiya işi problem şurasının üzvləri tərəfindən geniş müzakirə olunub, müəyyən düzəlişlər nəzərə alınmaqla mövzular təsdiq olunub.

Rasim Əliquliyev fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün 13 nəfər iddiaçının müraciət etdiyini bildirib.

Hər bir mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iddiaçılar işin aktuallığı, əsas məqsədi ilə bağlı məlumat veriblər, problem şurası üzvlərinin suallarını cavablandırıblar. Sonda fəlsəfə doktoru hazırlığı üzrə 13 dissertasiya mövzusunun hər biri təsdiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı