“Məkan verilənlərinin analizi metodları” mövzusuna həsr olunmuş elmi seminar keçirildi Aprel 17, 2021 | 11:23 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin “Məkan verilənlərinin analizi metodları” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi. Məruzəni təqdim edən institutun əməkdaşı Xəyalə Əhmədova ölkəmizdə milli məkan məlumatları infrastrukturunun yaradılması üzrə müvafiq qanunvericilik bazasının və təşkilati strukturların formalaşdırıldığını, böyük praktiki əhəmiyyətli verilənlərin toplandığını və əlaqədar e-xidmətlərin göstərilməsinə başlandığını diqqətə çatdırdı və məkan verilənlərinin intellektual analizi metodlarının işlənməsinin aktuallıq qazandığını vurğuladı.

X.Əhmədova geoinformasiya sistemlərinin (GIS-in) komponentləri, GİS-verilənlərin təsvir formatları, GİS-lərin kompleks planlaşdırma və idarəetmə məsələlərinin həlli üçün tətbiq sahələri və müasir GİS-lərdə reallaşdırılmış məkan verilənlərinin analizi üsulları haqqında geniş məlumat verdi, geostatistika metodlarının mahiyyəti, onların üstün və zəif cəhətlərinin müqayisəsini təqdim etdi.

Məruzəçi qeyd etdi ki, Əşyaların İnternetinin geniş tətbiqi nəticəsində GİS tamamilə yeni bir dövrə qədəm qoyur. Əşyaların İnterneti və 3D məkan xidmətləri və alətlərinin hazırlanması üçün məkan verilənlərinin müxtəlif maşın öyrənmə/süni intellekt metodları ilə analizi və optimallaşdırılmış alqoritmlərin işlənməsi, müxtəlif obyektlərdə məkan əsaslı idarəetmənin tətbiqi, Əşyaların İnternetində "dövrədə insan" yanaşmasını birləşdirən həllərin yaradılması aktuallaşır.

Məkan məlumatlarının toplanmasında yüksək dəqiqlik və informasiya texnologiyalarında baş verən ciddi inkişaf nəticəsində bir vaxtlar yalnız xüsusi kompüter dəstəkli tətbiqlər ilə əldə edilən kompleks geoinformasiya analizlərini artıq böyük şəhər miqyasında həyata keçirmək mümkündür. Burada ən vacib hədəf Industry 4.0 konsepsiyasını tam həyata keçirmək, istehsal proseslərini mümkün qədər avtomatlaşdırmaq imkanına yiyələnməkdir. 3D data istehsal xəttinin, avtomatik əlamət aşkarlama və tanıma vasitələrinin, süni intellektə əsaslanan 3D ağıllı şəhər modellərinin işlənməsi gündəmdədir.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev məkan verilənlərinin analizi üçün süni intellekt yanaşmaları əsasında metod və alqoritmlərin işlənməsi istiqamətində tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi və bir sıra təkliflər səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı