“Elmi Kadrlar” Milli İn­for­ma­siya Sisteminin informasiya təminatının vəziyyəti müzakirə olunub Aprel 07, 2021 | 01:07 / Konfranslar, iclaslar

AMEA-nın Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının onlayn iclasında “Elmi Kadrlar” Milli İn­for­ma­siya Sisteminin informasiya təmina­tı­nın vəziyyəti müzakirə olunub.

Tədbirdə bu barədə AMEA Rəyasət Heyəti aparatının Hüquq və Kadrlar ida­rə­si­nin baş mütəxəs­si­si, texnika üzrə fəlsəfə doktoru Dilquşa Mirzəyeva çıxış edib.

İlk öncə Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018-ci il tarixli Sərəncamını xatırladan Dilquşa Mirzəyeva vurğulayıb ki, həmin Sərəncamın icrası məqsədilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu (İTİ) tərəfindən “Elmi Kadrlar” Milli İnformasiya Sistemi hazırlanıb.

Onun sözlərinə görə, həmin sistemin yaradılması Azərbaycan Milli Elmlər Aka­de­mi­yasında elmi fəaliyyətin mövcud potensiala uyğun monitorinqi və proqnozlaşdırılması, analitik və statistik təhlillərin aparılması, elektron hesabat formalarının hazırlanması və elmi informasi­ya­nın əlçatanlığının təmin edilməsi, bütövlükdə isə elmi kadrlar haqqında vahid elektron informasiya sisteminin hazırlanması məqsədlərini özündə ehtiva edir.

İclasda həmçinin bildirilib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında sistemin istismarını həyata keçirəcək administrator və istifadəçilər üçün təlimatlar hazırlanıb, informasiya sisteminin istifadəyə verilməsi ilə əlaqədar İnformasiya Texnologiyaları İnstitutunda müəssisələrin direktor müavinləri, elmi katibləri və kadrlar şöbələrinin rəhbərləri üçün təlim-seminarları keçirilib. Sistemə daxil edilən məlumatların dürüstlüyünə nəzarəti təmin etmək məqsədilə elmi müəssisə və təşkilatlarda məsul şəxslər təyin olunmuş və onlarla zəruri təlimat işləri aparılıb. Ötən müddət ərzində sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyət göstərməsi üçün işlər davam etdirilmiş və lazımi texniki dəstək göstərilib. Hazırda sistemdə elmi kadr profil məlumatlarının yenilənməsi işləri davam etdirilir.

D.Mirzəyeva qeyd edib ki, FRTEB-in elmi müəssisələrində çalışan 972 nəfər elmi əməkdaşın 810 nəfəri artıq “Elmi Kadrlar” Milli İnformasiya Sistemində qeydiyyatdan keçib. Hazırda 296 nəfər əməkdaşın məlumatları təsdiqlənmə prosesindədir. 494 nəfərin məlumatları çalışdıqları elmi müəssisə tərəfindən sistemdə öz təsdiqini tapıb. O, AMEA-da elmi fəaliyyətlə məşğul olan kadrlar haqqında müvafiq məlu­mat­la­rın mütəmadi olaraq yenilənməsinin, eləcə də gələcəkdə bu sistemin ölkə səviyyəsində digər sis­tem­lərə inteqrasiya  olunması və vahid sistemin yaradılması zəruriliyini nəzərə alaraq, elmi müəssisələr üzrə məsul şəxslərə elmi-metodoloji dəstək verilməsi ilə əlaqədar seminar-məş­ğə­lə­lə­rin keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Sonda Elmi Kadrlar” Milli İn­for­ma­siya Sisteminin istismar vəziyyəti ilə əlaqədar bir sıra həlli vacib olan məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı