AMEA-nın müxbir üzvü Namiq Cəlilov Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru seçilib Aprel 06, 2021 | 11:18 / Mühüm hadisələr

AMEA-nın Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığın­ca­ğının 02 aprel 2021-ci il tarixində keçirilən onlayn iclasında AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının  (ŞAR) baş direktoru vəzifəsinə seçkilər keçirilib.

Öncə FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Ab­di­nov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 08 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Namiq Cəlilovun namizədliyi irəli sürülüb. 

Akademik Cavad Abdinov qeyd edib ki, AMEA-nın müxbir üzvü Namiq Cəlilov kosmik plazma fizikası sahəsində tanınmış alimdir və Rusiya, Kanada və İspaniya alimləri ilə birlikdə neytrin fizikası sahə­sində mühüm işlərin, həmçinin 140 elmi əsərin (xaricdə 120), beynəlxalq bazalarda (Web of Science, Scopus və s.) 95-dən çox əsərin müəllifidir. Namiq Cəlilov 2015-ci ildən AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktorudur. Alim “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” və Rusiya Elmlər Akademiyasının “İZMİRAN-75 ” yubiley medalları ilə təltif olunub.

Onlayn iclasda akademik AMEA-nın müxbir üzvü Namiq Cəlilovun elmi və elmi-təşkilati fəaliyyəti Bölmənin həqiqi və müxbir üzvləri  tərəfindən geniş müzakirə olunub və yüksək qiymətləndirilib.

On­layn iclasda keçirilən açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Na­miq Cəlilov AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı