İnstitutun şöbə müdiri beynəlxalq onlayn elmi seminarda iştirak edib Mart 23, 2021 | 11:14 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev Moskva Milli Tədqiqat Universiteti Ali İqtisad Məktəbi və Qərarların Seçilməsi və Analizi üzrə Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə “İqtisadiyyat, biznes və siyasətdə optimal qərarların təhlili üçün riyazi metodlar” mövzusunda növbəti onlayn elmi seminarda iştirak edib.

Elmi seminarın rəhbərləri texnika elmləri doktorları, prof. Fuad Tağıyeviç Ələsgərov, prof. Vladislav Vladimiroviç Podinovski və  prof. Boris Mirkin Qriqorieviç idi.  

Elmi seminarı Qərarların Seçilməsi və Analizi üzrə Beynəlxalq Mərkəzin rəhbəri, professor Fuad Ələsgərov giriş sözü ilə açaraq tədbirdə müzakirə olunacaq mövzulara dair məlumat verib.

Sonra Milli Tədqiqat Universitetinin Ali İqtisad Məktəbinin əməkdaşı Sofiya Dolqix “Risk şəraitində subyektiv təsəvvürlərin uğurlu qərar qəbuletmənin nəticələrinə təsiri”  mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi risk şəraitində qərar qəbuletmə nəzəriyyəsi üzrə bir modeli diqqətə çatdırıb. Bildirib ki, uğura dair fərdi fikirlər subyektiv ehtimalların dinamikasını nəzərə alan bir mexanizm kimi qəbul edilir. Model vasitəsilə insanın öz bəxtinə olan inamı ehtimalların subyektiv təsəvvürlər əsasında müəyyənləşdirilməsini nəzərdə tutur. Bu da subyektiv gözlənilən faydalılıq nəzəriyyələri ilə uzlaşır və real davranışın gözlənilən faydalılıq nəzəriyyəsinin proqnozlarından kənarlaşmalarını izah etməyə imkan verir.

Digər tərəfdən, əvvəllər qəbul edilmiş qərarların nəticələrini müşahidə edərək, şəxs öz bəxtinin səviyyəsi ilə bağlı fikirlərini uyğunlaşdıra və nəticələrin müvafiq ehtimallarını yenidən qiymətləndirə bilər. Nəticə olaraq təklif olunan yanaşma vaxt keçdikcə əvvəlki qərarların nəticələrini müşahidə edərək şəxsin davranışlarının gözlənilən faydalılıq nəzəriyyəsi ilə getdikcə daha çox uyğunlaşdığını təcrübi tədqiqatlarda izah etməyə imkan verir.  Analizin nəticələrinə əsasən, bəxtlə bağlı subyektiv fikirlərin subyektiv ehtimallar əsasında formalaşmasının qəbul edilə biləcəyi lehinə dəlillər əldə edilmişdir.

Mövzu üzrə müzakirələr haqqında fikirlərini ifadə edən dosent Əlövsət Əliyev baxılan halın daha çox şou xarakterli oyunlarda, loterya uduşlarında olmasına baxmayaraq subyektiv təsəvvürlərin əksər qərar qəbuletmə məsələlərində əhəmiyyətli ola biləcəyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı