Çoxmeyarlı qiymətləndirmə metodları araşdırılır Mart 24, 2021 | 12:22 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin növbəti onlayn elmi seminarında “Çoxmeyarlı qiymətləndirmə metodları” mövzusunda məruzə dinlənildi.

Məruzəni təqdim edən şöbənin dissertantı, böyük elmi işçi Nərmin Adıgözəlova bildirdi ki, bizi əhatə edən aləmdə gördüyümüz hər şeyi birqiymətli olaraq dəyərləndirmək çox çətindir. Bu səbəbdən əşyaları bir-biri ilə müqayisə edib fərqləndirmək üçün seçimləri müxtəlif meyarlara ayırırıq.

O, bir-birilə ziddiyyət təşkil edən alternativləri seçmək, qiymətləndirmək və ranqlaşdırmaq üçün bir vasitə olan çoxmeyarlı qərar qəbuletmə (Multi-Criteria Decision Making – MCDM) haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, MCDM bir neçə meyardan istifadə edərək qiymətləndirilən alternativlər üçün qlobal üstünlük əlaqəsinin qurulması, hər biri çoxsaylı və tez-tez ziddiyyətli meyarlarla qiymətləndirilən bir sıra alternativlərdən ən yaxşısının seçilməsidir.

N.Adıgözəlova MCDM-in əsas komponentləri və növlərindən də söz açdı. Sadə əlavə çəki (Simple Additive Weighting), Analitik iyerarxiya prosesi (Analytic Hierarchy Process), Ən pis hal metodu (Worst Case Method), İdeal həllə yaxın ardıcıllıq metodu (TOPSIS), Çoxkriteriyalı optimallaşdırma və kompromis həll (VIKOR), Kritik metod (Critic Method) və Entropi metodu (Entropy Method) barədə ətraflı məlumatları diqqətə çatdırdı.

Sonda məruzə ilə bağlı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı