Azərbaycan alimi dünya iqtisadiyyatının yaşıl transformasiyasına həsr olunmuş beynəlxalq forumda iştirak edib Mart 18, 2021 | 01:43 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev 17 mart 2021-ci il tarixdə  Moskva  Milli Tədqiqat  Universiteti “Ali İqtisad Məktəb”inin Dünya iqtisadiyyatı və beynəlxalq siyasət fakültəsinin və Almaniyanın Moskvadakı Elm və İnnovasiya Cəmiyyətinin təşkilatçılığı ilə “Dünya iqtisadiyyatının yaşıl transformasiyası: Rusiya və Almaniya təcrübəsinə baxış” mövzusunda  keçirilən onlayn beynəlxalq elmi forumda iştirak edib.

Əvvəlcə Almaniyanın Moskvadakı səfirliyinin İqtisadiyyat və elm departamentinin direktoru Mattias Fişer forum iştirakçılarını salamlayaraq  dünya iqtisadiyyatının yaşıl transformasiyasına həsr olunmuş mövzunun dünya dövlətləri üzrə aktuallığını diqqətə çatdırıb. Sonra Moskva  Milli Tədqiqat  Universiteti “Ali İqtisad Məktəb”inin dünya iqtisadiyyatı və beynəlxalq siyasət fakültəsinin dekanı, proffessor Karaqanov S.A. və Almaniyanın Moskvadakı Elm və İnnovasiya Cəmiyyətinin direktoru Andreas H. çıxış edərək  mövzu ilə bağlı forum iştirakçılarına ətraflı məlumat veriblər. 

Elmi forumda ekoloji problemlərin dünya iqtisadiyyatının inkişafında əsas amillərdən birinə çevrilməsi, yaşıl texnologiyaların sürətli inkişafı, Avropada “yaşıl” transformasiya proseslərinin idarə edilməsinə öz töfhəsini verən  Avropa Birliyi və Almaniyanın inkişafı üçün prioritet sahələrdən birinə çevrilməsi məsələləri diqqətə çatdırılıb. Son dövrlərdə COVID-19 pandemiyasının yaratdığı böhranın Avropa problemləri haqqında məlumatlar qeyd olunub. Dünyanın digər inkişaf etmiş ölkələrində olduğu kimi son illərdə Rusiyada da yaşıl texnologiyaların sürətli inkişafına daha çox diqqət yetirilməsi vurğulanıb.

Beynəlxalq elmi forumda əsasən Rusiya və Almaniyanın bu problemlərin həllində hansı yanaşmaları və həlləri təklif etmələri, Rusiya və Avropa Birliyi ölkələri üçün iqlim dəyişikliyi və digər ekoloji problemlərlə mübarizədə ümumi həll yanaşmalarını, təkliflərini inkişaf etdirməyin  mümkünlüyü, COVID-19 pandemiyasının hər iki ölkənin iqlim dəyişikliyinə, ekoloji vəziyyətinə necə təsir etməsi və s. kimi məsələlərə baxılıb.

Forumda  Rusiya və Almaniyanın enerji və iqlim siyasətinin əsas xüsusiyyətləri, bu sahədə mövcud olan strategiyalar və proqramlar, dünya iqtisadiyyatının “yaşıl” transformasiyası keçidinin Almaniya və Rusiyanın sosial-iqtisadi inkişafına təsiri, böhrandan sonrakı bərpa və “yaşıl” transformasiyanı birləşdirməyin mümkünlüyü və s.  kimi məsələlər də  müzakirə olunub.

Elmi forumdakı  müzakirələrdə iştirak edən dosent Əlövsət Əliyev qloballaşma və inteqrasiya şəraitində yaşıl iqtisadiyyatın formalaşdırılması zərurətinin, yaşıllaşdırma prosesinin iqtisadi inkişafda yeni mərhələ kimi vacibliyini qeyd edib. Dünya iqtisadiyyatının yaşıllaşdırılmasında, onun “yaşıl” transformasiyasına keçiddə rəqəmsal texnologiyaların əhəmiyyətini diqqətə çatdırıb. Yaşıl iqtisadiyyatdan yaşıl informasiya iqtisadiyyatına keçid sahəsində, həmçinin davamlı yaşıl iqtisadiyyatın formalaşması mexanizmlərinin və inkişaf səviyyəsinin qiymətləndirilməsi modellərinin işlənilməsi ilə bağlı fikir və təkliflərini səsləndirib.

Forum  iştirakçıları institutlararası beynəlxalq əlaqələrin inkişaf  etdirilməsi və birgə tədqiqatların aparılmasında maraqlı olduqlarını bildiriblər.

Qeyd edək ki, beynəlxalq elmi forum öz işini bölmələr üzrə 2 gün davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı