Akademik Rasim Əliquliyev beynəlxalq konfransın Proqram Komitəsinin üzvü seçilib Mart 12, 2021 | 04:04 / Mühüm hadisələr

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Rusiyanın Cənub-Qərb Dövlət Universitetinin təşkilatçılığı ilə 14-17 sentyabr 2021-ci il tarixlərdə keçiriləcək “Tanıma – 2021” XVI beynəlxalq konfransının (Распознавание — 2021) Proqram Komitəsinin üzvü seçilib.

Qeyd edək ki, konfransın təşkilatçılarından biri də AMEA İnformasiya Texnologiyaları İnstitutudur.

Elmi tədbirdə təsvirlərin emalı, analizi və tanınmasının riyazi nəzəriyyəsi, planlaşdırmanın və maşın görməsi sistemlərinin hesablanmasının əsasları, ixtisaslaşdırılmış hesablama vasitələri, təsvirlərin emalı və obrazların tanınmasında paralel və paylanmış hesablamalar və digər istiqamətlərdə məruzələrin dinlənilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı