“Dünya kulturologiyası və Lütfi Zadə” mövzusunda onlayn seminar keçirilib Mart 04, 2021 | 06:13 / Konfranslar, iclaslar

Martın 4-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Dünya kulturologiyası və Lütfi Zadə” mövzusunda onlayn seminar keçirilib. Tədbiri giriş sözü ilə Nazirliyin Mədəniyyət üzrə Elmi-metodiki və İxtisasartırma Mərkəzinin elmi katibi Cavid Əliyev açıb. 

Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “Lütfi Zadə və müasir İKT” mövzusunda məruzə edib.

AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov “Dünya kulturologiyasında Lütfi Zadə fenomeni” mövzusunda çıxış edib.

Aviasiya Akademiyasının professoru, texnika elmləri doktoru İsmayılov Baləli “Lütfi Zadə məntiqi. Onun ictimai, sosial və mədəni həyatda rolu” mövzusunda məruzəsini təqdim edib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru, Azərbaycanda Kamera Teatrının yaradıcısı Cənnət Səlimova isə “Əsrə bərabər ömür” mövzusunda danışıb.

Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsi, Cəfər Cabbarlı ev muzeyinin direktoru Həcər Mahmudova, Siyəzən şəhər Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova, Xaçmaz Regional Mədəniyyət İdarəsi, Quba üzrə mədəniyyət nümayəndəsi Fuad Orucov, eləcə də Elmi-metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdirləri və əməkdaşları iştirak ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı