İnstitutun şöbə müdiri “Riyazi iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq elmi seminarda iştirak edib Mart 03, 2021 | 01:45 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev martın 2-də  Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat və Riyaziyyat İnstitutunun “Riyazi iqtisadiyyat” mövzusunda keçirilən onlayn elmi seminarında iştirak edib.

Elmi seminar akademik Viktor Meeroviç Polteroviç və fizika-riyaziyyat elmləri doktoru, prof. Vladimir İvanoviç Danilov tərəfindən idarə olunub.

Tədbirdə A.V.Leonidovun təqdimatında müəlliflər kollektivinin “Elmi nəticələrin formalaşması prosesinin agent modeli” mövzusunda məruzəsi dinlənilib, çıxış ətrafında müzakirələr aparılıb.

Məruzədə elmi biliklərin formalaşması prosesinin agent modelinin qurulması nümayiş etdirilib. Modeldə elmi qrupların formalaşması və tədqiqatçıların nəşr fəaliyyəti üçün qrant sistemi müddətini təyin edən xüsusiyyətlər ətraflı şəkildə əks olunub. Qrant maliyyələşdirilməsinin strukturundan asılı olaraq nəşr fəaliyyətinin inkişaf ssenariləri nəzərdən keçirilib.

Qeyd olunub ki, model Rusiyada bir neçə elm sahəsindəki tədqiqatçıların yaş qrupları və nəşr fəaliyyətinə dair məlumatlardan  istifadə edilərək sınaqdan keçirilib.

Məruzə ətrafında müzakirələrdə iştirak edən dosent Əlövsət Əliyev elmi tədqiqatların səmərəliyində və elmi rəqabət mühitinin formalaşmasında qrant maliyyələşməsi sisteminin əhəmiyyətini önə çəkərək bir çox digər tədqiqatçı parametrlərinin də nəzərə alınmasının vacibliyini qeyd edib.

Seminar  iştirakçıları institutlararası beynəlxalq əlaqələrin inkişaf  etdirilməsində maraqlı olduqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı