Azərbaycan alimi məhsulun rəqəmsallaşmasına həsr olunmuş beynəlxalq elmi seminarda çıxış edib Mart 01, 2021 | 10:36 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev fevralın 25-də  Moskva  Milli Tədqiqat Universiteti “Ali İqtisadi Məktəbi”nin Dünya iqtisadiyyatı və beynəlxalq siyasət fakültəsinin təşkilatçılığı  ilə “Məhsulun rəqəmsallaşmasının müəssisənin inkişafına təsiri” mövzusunda  keçirilən onlayn beynəlxalq elmi seminarda iştirak edib.

Seminarda rəqəmsallaşmanın informasiyalaşdırmadan fərqli cəhətləri, maslou piramidasının rəqəmsallaşdırılması, rəqəmsallaşmanın mərhələləri, rəqəmsallaşdırma və iqtisadi hesablamalar, rəqəmsallaşma və müştəri məmnunluğu və s. kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Tədbirdə, həmçinin Milli Tədqiqat Universitetinin dünya iqtisadiyyatı şöbəsinin əməkdaşı, müştəri münasibətlərinin inkişafı üzrə şirkət direktoru O.V.Plaksin məhsulun rəqəmsallaşmasının müəssisənin inkişafına təsiri üzrə geniş məruzəsi dinlənilib. O.V.Plaksin e-innovasiyanın inkişaf istiqamətlərindən biri olan  məhsulun və müəssisənin rəqəmsallaşdırılması istiqamətlərindən danışıb. O, maslou piramidasının rəqəmsallaşdırılması, maslounun tələbat piramidasının həyatda və marketinqdə tətbiqi, necə istifadə edilməsi, tələbatlar iyerarxiyasının mahiyyəti, tələbat piramidası strukturunun meydana gəlməsi, maslou piramidasının struktur modeli haqqında ətraflı məlumat verərək müəssisənin rəqəmsallaşdırılmasının iqtisadi inkişafda aparıcı rola malik olmasının əhəmiyyətini izah edib.

Müzakirələrdə çıxış edən dosent Əlövsət Əliyev məhsulun rəqəmsallaşmasının müəssisənin inkişafına müsbət təsirinin müasir dövr üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb. E-innovasiyaların inkişaf etdiyi hazırkı dövrdə müəssisənin fəaliyyət səmərəliliyinin yüksəldilməsinin vacib məsələlərdən olduğunu qeyd edərək bu sahədə olan mövcud problemlər və onların həll yolları barəsində fikirlərini bölüşüb. Məhsulun rəqəmsallaşmasında onun informasiya daşıyıcısı kimi funksiyalarının artırılmasıyla onun istehlak dəyərinin də artdığını göstərmişdir.

Seminar  iştirakçıları müzakirələrdə fəal iştirak edərək institutlararası beynəlxalq əlaqələrin inkişaf  etdirilməsində maraqlı olduqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı