Görkəmli alim Kamil Ayda-zadənin biobiblioqrafik göstəricisi çap olunub Fevral 19, 2021 | 12:03 / Yeni nəşrlər

Mərkəzi Elmi Kitabxana AMEA-nın müxbir üzvü Kamil Ayda-zadənin biobiblioqrafik göstəricisini hazırlayıb.

AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, redaktoru AMEA-nın müşaviri, akademik Telman Əliyev, tərtibçilər isə dosentlər Şəhla TahirqızıYeganə ƏşrəfovaAnar Rəhimov və Türkan Vahidovadır.

Biobiblioqrafik göstərici görkəmli riyaziyyatçı alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti, 1973-2020-ci illərdə çap olunmuş elmi əsərləri - kitabları, müxtəlif illərdə işıq üzü görmüş məqalələri, çoxsaylı beynəlxalq elmi konfrans və simpoziumlarda etdiyi məruzələri əhatə edir.

Yeni nəşr riyaziyyat üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Azərbaycanda informatika və optimallaşdırma sahəsinin görkəmli nümayəndəsi, riyaziyyat elmləri doktoru, professor, Əməkdar müəllim Kamil Ayda-zadə şərtli, şərtsiz, çoxmeyarlı, qlobal optimallaşdırma, həmçinin toplanmış və paylanmış parametrli sistemlərdə optimal idarəetmə məsələlərinin həlli üçün müxtəlif üsullar işləmişdir. Həmçinin o, Azərbaycan dilində nitqin və əlyazmanın tanınması, mətnin mənasının anlaşılması üçün intellektual kompüter sistemləri də hazırlamışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı