İnstitutda elmi-tədqiqat layihəsi çərçivəsində görülən işlər müzakirə edilib Fevral 18, 2021 | 01:24 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA rəhbərliyinin dəstəyi ilə həyata keçirilən “E-sosiotexnoloji mühitlərdə Big Data resurslarının menecmenti, e-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” layihəsi üzrə görülmüş işlərin müzakirəsinə həsr olunmuş hesabat xarakterli toplantı keçirilib.

Toplantıda layihə iştirakçıları ötən müddət ərzində apardıqları tədqiqatlar, əldə etdikləri nəticələr haqqında məlumat veriblər. Layihənin icra edildiyi 5 ay müddətində 16 məqalə və 3 tezis hazırlanıb, onlardan 10-u artıq nəşr olunub, digərləri isə çap və ya rəy prosesindədir. Məqalələrin çap olunduğu jurnalların bir çoxu “Web of Science”, “Scopus” və digər nüfuzlu elmi bazalarda indeksləşir.

Tədbirdə həmçinin növbəti mərhələdə görüləcək işlər, layihə iştirakçılarının hər birinin qarşısında duran vəzifələr müzakirə edilib. AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev hesabat dövründə görülən işləri, əldə edilən nəticələri qənaətbəxş hesab edib və növbəti mərhələdə qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı