FRTEB-yə daxil olan institutların rəhbərliyi dahi alimin məzarını ziyarət edib Fevral 04, 2021 | 05:34 / Mühüm hadisələr

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə (FRTEB) daxil olan institutların rəhbərliyi dünya şöhrətli alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis məntiqin banisi Lütfi Zadənin 100 illik yubileyi münasibətilə onun məzarını ziyarət edib, qəbirüstü abidəsinin önünə əklil qoyublar.

2021-ci il fevralın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin  anadan olmasının 100 ili tamam olur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm və texnologiyaların inkişafına misilsiz töhfələr vermiş məşhur alim Lütfi Zadənin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə cari il yanvarın 25-də Sərəncam imzalamışdır.

Sərəncamda qeyd olunmuşdur ki, Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülmüşdür.

Lütfi Zadə, həm də AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Cəmiyyəti Problemləri” və “İnformasiya Texnologiyaları Problemləri” junallarının Fəxri baş redaktoru idi. 

Qeyd edək ki, dünya şöhrətli alim 2017-ci il sentyabrın 6-da ABŞ-da 96 yaşında vəfat etmişdir. Sentyabrın 29-da Zadənin nəşi öz vəsiyyətinə uyğun olaraq  Azərbaycana gətirilmiş və 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı