Elektron tibbin formalaşması istiqamətində tədqiqatlar genişləndirilir Fevral 04, 2021 | 10:46 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 15 saylı şöbəsinin 2021-ci il üzrə fəaliyyət planı təqdim olundu.

Planı təqdim edən şöbənin müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova cari il üzrə yerinə yetiriləcək elmi-tədqiqat işləri haqqında məlumat verdi.

Məruzəçi bildirdi ki, 2021-ci ildə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində “Elektron tibbin formalaşması problemləri” üzrə tədqiqatlar davam etdiriləcək.

M.Məmmədova “Elektron tibb mühitində intellektual idarəetmə və qərarların qəbul olunmasının dəstəklənməsi problemləri”, “Qaraciyər xəstəlikləri və transplantasiyası üzrə müalicə-diaqnostik  qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi”, “Səhiyyə 4.0 şəraitində vahid inteqrasiya olunmuş tibbi informasiya fəzasının formalaşması prinsiplərinin işlənməsi” mövzusunda aparılacaq tədqiqatlardan bəhs etdi, bu tədqiqatların e-tibbin formalaşması problemlərinin həllində böyük əhəmiyyətə malik olduğunu bildirdi. O, “İnsan resurslarının idarə olunması qərarlarının qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənməsi”, “Elektron universitetin fəaliyyət konsepsiyası, model və metodlarının işlənməsi” mövzuları üzrə İndustry 4.0 platformasında həlli planlaşdırılan məsələləri, perspektivləri diqqətə çatdırdı.

Şöbənin müdiri elmi-innovasiya fəaliyyəti çərçivəsində müxtəlif elmi-texniki ekspertiza işlərinin cari ildə də həyata keçiriləcəyini bildirdi.

O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, nüfuzlu jurnallarda məqalələrin nəşri, respublika və beynəlxalq səviyyəli kofranslarda iştirakı, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işlər haqqında ətraflı məlumat verdi.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik planı üzrə bir sıra təklif və tövsiyələrini səsləndirdi. Alim şöbədə elektron tibbin formalaşması problemləri üzrə aparılan elmi-tədqiqatların səmərəliyinin artırılmasının vacibliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı