İnformasiya təhlükəsizliyi üzrə tədqiqatlar müxtəlif istiqamətlərdə genişləndiriləcək Fevral 02, 2021 | 11:04 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin 2021-ci il üçün elmi-tədqiqat planı onlayn formada müzakirə edildi. İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev şöbənin cari ildə elmi-tədqiqat fəaliyyəti, elmi seminarlarda və konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görüləcək işlər haqqında məlumat verdi.

O, bildirdi ki, cari ildə informasiya təhlükəsizliyi problemləri, Industry 4.0 platformasında kiberfiziki sistemlərin analizi və sintezi problemləri və bulud sistemlərinin analizi və sintezi problemləri üzrə müxtəlif mövzularda tədqiqatların aparılması planlaşdırılır. İnformasiya təhlükəsizliyinin təmin edilməsi problemləri istiqamətində e-dövlət mühitində təhdidlərin çoxfaktorlu qiymətləndirilməsi metodları, zərərli proqram təminatının aşkarlanması və analizi üçün süni intellekt yanaşmaları, təşkilatlarda informasiya təhlükəsizliyinin menecmenti metodları və geoinformasiya sistemlərində informasiya təhlükəsizliyinin təmin edilməsi üsullarının işlənməsi nəzərdə tutulur.

2021-ci ildə, həmçinin kiberfiziki sistemlərdə (KFS-də) təhlükəsizliyin təmin edilməsi üçün çoxfaktorlu autentifikasiya metodları, KFS-lərin proqram təminatının təhlükəsizliyinin qiymətləndirilməsi metodları və KFS-lərdə kiberhücumların aşkarlanması və analizi üsullarının işlənməsi, bulud sistemlərinin analizi və sintezi istiqamətində bulud xidmətlərinə DDoS hücumlarının aşkarlanması, kompüter şəbəkələrinin monitorinqi üçün proaktiv bulud xidmətinin sintezi və s. sahələrdə elmi araşdırmaların aparılması planlaşdırılır. Big Data, Deep Learning, Machine Learning, Process Mining, Soft computing və s. kimi innovativ yanaşmaların əsasında informasiya təhlükəsizliyinin təmin edilməsi üçün yeni nəsil yanaşmaların, metod və alqoritmlərin işlənməsi nəzərdə tutulur.

Məruzəçi şöbə əməkdaşlarının elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda nəzərdə tutulan iştirakı və tanınmış elmi jurnallarda məqalələrin dərci ilə bağlı görüləcək işlər haqqında da məlumat verdi.  

Y.İmamverdiyev şöbənin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və NATO Sülh və Təhlükəsizlik Naminə Elm Proqramının qrant layihələrində iştirak edəcəyini diqqətə çatdırdı.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, məruzəçi çoxsaylı sualları cavablandırdı.

Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik planı üzrə bir sıra təklif və tövsiyələrini səsləndirdi. Alim şöbədə informasiya təhlükəsizliyi problemləri üzrə aparılan elmi-tədqiqatların səmərəliyinin artırılmasının vacibliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı