İnstitutun elmi işçisi elmi ekspertiza fəaliyyətinə görə rəyçi sertifikatına layiq görülüb Yanvar 28, 2021 | 10:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat elmi ekspertiza fəaliyyətinə görə Computer Communications jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

“Elsevier” nəşriyyatında çap olunan yüksək impakt faktorlu jurnalın əsas tədqiqat sahələri Əşyaların İnterneti, kompüter və kommunikasiya şəbəkələri, etimad, kompüter və kommunikasiya şəbəkələrində təhlükəsizlik və konfidensiallıq və yeni nəsil şəbəkələr üçün inkişaf etdirilən texnologiyalardır. Nüfuzlu nəşr İnternet arxitekturasının, protokollarının, xidmətlərinin və tətbiqlərinin təkamülünə xüsusi diqqət yetirərək, gələcək kompüter və kommunikasiya şəbəkələrinin bütün aspektlərini əhatə edən orijinal tədqiqatları və icmal məqalələri dərc edir.

Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 2.816

5-Year Impact Factor: 2.944

Source Normalized Impact per Paper (SNIP): 1.424

CiteScore: 6.8

SCImago Journal Rank (SJR): 0.687

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı