AMEA-nın magistrantları xarici dildən imtahan veriblər Yanvar 18, 2021 | 04:00 / Mühüm hadisələr

Yanvarın 18-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə akademiyanın magistrantlarının ingilis dili imtahanı keçirilib. İmtahanda 2020/2021-ci tədris ilində AMEA-nın magistraturasına qəbul olunmuş, 14 elmi müəssisəni təmsil edən 56 magistrant iştirak edib.

AMEA prezidentinin “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” 24 dekabr 2020-ci il tarixli, 469 №-li sərəncamına uyğun olaraq ölkə ərazisində tətbiq olunan karantin rejimini nəzərə alaraq imtahan onlayn qaydada keçirilib.

Qeyd edək ki, AMEA prezidentinin müvafiq sərəncamına əsasən, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ümumi və seçmə fənlər üzrə dərslərin və imtahanların təşkili 2015-ci ildən İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı