Mobil qurğuların resurslarında meydana çıxan problemlərin həllinə dair məqalə çap olunub Yanvar 18, 2021 | 10:27 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun “Mobil qurğuların resurslarında və əlaqə kanallarında meydana çıxan problemlər və həlli yolları” (“Challenges of Mobile Devices’ Resources and in Communication Channels and their Solutions”) adlı məqaləsi “International Journal of Computer Network and Information Security” jurnalında çap olunub.

Məqalə mobil qurğuların resurslarındakı (enerji sərfiyyatı, hesablama və yaddaş resurslarında və s.) məhdudiyyətləri və əlaqə kanallarında yaranan gecikmələr aradan qaldırmaq məqsədi ilə cloudlet əsaslı mobil hesablama buludlarının yaradılması məsələsinə həsr edilmişdir.

Təklif edilən arxitekturanın mobil qurğuların hesablama və yaddaş resurslarına olan tələbatın daha səmərəli təmin edilməsi və şəbəkədə yaranan gecikmələrin aradan qaldırılmasını təmin edilməsi qeyd edilmişdir. Eyni zamanda, tədqiqat işində mürəkkəb hesablama və yaddaş resursları tələb edən məsələləri istifadəçiyə yaxın yerləşən cloudlet-də həll etməklə mobil qurğuların enerji sərfiyyatına qənaət edilməsi və əlaqə kanallarında gecikmələrin aradan qaldırılması məsələləri göstərilmişdir.

Qeyd edək ki, “International Journal of Computer Network and Information Security” jurnalı “Scopus”, “Google Scholar”, “Microsoft Academic Search”, “CrossRef”, “IndexCopernicus”, “IET Inspec”, “EBSCO”, “JournalSeek”, “Academic Journals Stanford University Libraries”, “Open Science Directory” və digər tanınmış elmi bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı