İnstitutun magistraturasında qış imtahan sessiyasına start verilib Yanvar 07, 2021 | 03:30 / Mühüm hadisələr

Yanvarın 7-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun I və II kurs magistrantları “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə imtahan veriblər. Onlayn formada təşkil olunmuş imtahanda I kurs üzrə təhsil alan 5 magistrant “İnformasiya texnologiyalarının müasir problemləri”, II kursda təhsil alan 8 magistrant isə “Elmi tədqiqatlarda və təhsildə informasiya texnologiyalarından istifadə” fənnindən öz biliyini sınayıb.

İnstitutun magistraturasında digər fənlərdən imtahanlar isə 11, 15, 21 və 28 yanvar tarixlərində keçiriləcək.

Qeyd edək ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 24 dekabr 2020-ci il tarixli “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən, qış imtahan sessiyasının 2020-ci il dekabrın 30-dan 2021-ci il fevralın 2-dək onlayn formada keçirilməsi nəzərdə tutulmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı