Dron texnologiyaları ilə bağlı elmi tədqiqatlar aparılır Dekabr 14, 2020 | 12:03 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin “Dron texnologiyası: perspektivləri və tətbiq sahələri” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirildi.

Məruzəni təqdim edən şöbənin əməkdaşı, baş mütəxəssis Oqtay Ələkbərov dronların yaranma tarixi, növləri, xarakteristikası və tətbiq sahələri barədə ətraflı məlumat verdi. Bildirdi ki, ilk dəfə dronlar ABŞ hüquq-mühafizə orqanları tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədilə istifadə olunub. ABŞ-ın Texas, Nevada, Dakota ştatlarının bəzi şəhərlərində dronlar 24 saat patrul xidməti aparır. Bu dronlar xüsusi baza ilə təmin olunub. Belə ki, axtarışda olan cinayətkarlar haqqında məlumatlar dronların bazalarına yerləşdirilir. Xüsusi sensor və kameralar vasitəsilə şəxslərin simalarının identifikasiyası aparılır.

“Dronlar tipinə görə 2 sinfə bölünür: təyyarə tipli dronlar düz qanada, vertolyot tipli dronlar isə pərlərə malikdir. Hərbi və mülki təyinatlı dronlar nano, mikro, mini, midi və ağır çəkili olaraq xarakterizə edilir”, – deyə bildirən məruzəçi onların xarakteristikasından da bəhs etdi.

Dronların tətbiq sahələrindən söz açan O.Ələkbərov onlardan hüquq-mühafizə orqanlarında, tibb, logistika, kənd təsərrüfatı, tikinti, xilasetmə işləri və s. kimi bir çox sferalarda müxtəlif məqsədlər üçün istifadə olunduğunu qeyd etdi.

Məruzəçinin sözlərinə görə, dronlar günümüzdə tibbin müxtəlif sahələrində, əsasən, ilkin tibbi yardımda, həmçinin koronavirus xəstələrinin təyin olunmasında geniş istifadə olunur. Bir çox ölkələrdə hadisə yerinə qan ehtiyatının çatdırılması məqsədilə də tətbiq edilir. Hazırda dünyanı bürüyən COVID-19 pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün ABŞ, Çin, Almaniya, Avstraliya və Yaponiya kimi inkişaf etmiş ölkələr məhz dronlardan istifadə edirlər.

O, həmçinin hərb sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə istifadə edilən dronların modelləri, funksiyaları və s. haqqında məlumatı nəzərə çatdırdı.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, dronlarla bağlı elmi tədqiqatların dərinləşdirilməsinə dair təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı