AzScienceNet-in EaPConnect-də iştirakı Azərbaycanın tədqiqat və təhsilinə faydalar gətirir Dekabr 11, 2020 | 12:28 / Mühüm hadisələr

“EaPConnect” saytında “AzScienceNet-in EaPConnect-də iştirakı Azərbaycanın tədqiqat və təhsilinə faydalar gətirir” adlı məqalə dərc olunub. Həmin məqaləni təqdim edirik:

Azərbaycanın tədqiqat və təhsil ictimaiyyəti son beş ildə milli tədqiqat və təhsil şəbəkəsi olan AzScienceNet-in dəstəyi və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EaPConnect layihəsində iştirakı sayəsində daha geniş onlayn xidmətlərdən istifadə  etdi, beynəlxalq əməkdaşlığı genişləndirdi.

İlk “EaPConnect” layihəsi 2020-ci ilin iyuluna kimi davam etdi və bundan sonra birinci mərhələnin uğurlarını daha da artırmaq üçün ikinci layihəyə start verildi. Bəs AzScienceNet baxımından hansı uğurlar əldə olundu?

Azərbaycan ilə yüksək səviyyəli razılaşma

22 iyun 2018-ci il tarixində Azərbaycan və Avropa ali təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirmək üçün yüksək səviyyəli müqavilə imzalanmışdır. Müqavilə EaPConnect və Azərbaycanın elm və təhsil inteqrasiyasına verdiyi töhfələri təqdim etmək üçün keçirilən görüş zamanı imzalanmışdır.

Şəbəkə bağlantısının təkmilləşdirilməsi

Tələbələr, tədqiqatçılar və akademiklər, GEANT rəhbərliyi ilə EaPConnect satınalma fəaliyyətlərinin köməyi ilə əldə edilmiş, daha rəqabətli bazar qiymətləri ilə inkişaf etmiş İnternet bağlantısı sayəsində beynəlxalq səviyyədə daha yaxşı əməkdaşlıq edə bilərlər. İnternet bağlantısı qiymətləri 2016-cı ildə əhəmiyyətli dərəcədə aşağı düşdü və şəbəkə tutumu 10 dəfə artdı.

Məlumat xarakterli və kritik tədqiqatları dəstəkləmək

Seysmik cəhətdən çox aktiv olan Azərbaycanda zəlzələlər barədə məlumatların işlənməsi üçün yüksək sürətli İnternet vacibdir. AzScienceNet gün ərzində 10-20 təkanın aşkarlanmasına və emal edilməsinə kömək edən fasiləsiz İnternet, hesablama və yaddaş resursları ilə təmin etməklə,  zəlzələlərə dair Respublika Seysmik Tədqiqat Mərkəzi tərəfindən aparılan tədqiqatları dəstəkləyir.

Azərbaycanın ilk LoLa konsertində dünya premyerası

20 Dekabr 2019-cu ildə  Bakı Musiqi Akademiyasında “Ənənələri birləşdirək” devizi ilə konsert keçirildi. Bu coğrafi cəhətdən uzaq yerlərdə olan sənətçilərin birlikdə işləmək və real vaxt rejimində çıxış etmələrini təmin edən LoLa (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sistemi ilə Azərbaycanda keçirilən ilk konsert idi. LoLa Azərbaycanda EaPConnect layihəsi və layihənin Tədqiqatını İşıqlandır Proqramının qalibi MIRCO sayəsində təsis edilmişdir.

Konsertdə Azərbaycan və Estoniyanın milli musiqi alətləri ilə ifa olunan yeni bəstənin premyerası nümayiş olundu. Tədbir AzScienceNet, AzEduNet şəbəkəsi, Estoniya Milli Tədqiqat və Təhsil Şəbəkəsinin (EENet of HITSA) və İtaliyanın tədqiqat və təhsil şəbəkəsi (GARR), Bakı Musiqi Akademiyası və Estoniya Musiqi və Teatr Akademiyasının əməkdaşlığı ilə baş tutmuşdur.

“Son illərdə GEANT-ın dəstəyi ilə AzscienceNet-də aparılan yenidənqurma işləri tədqiqat işimizin daha məhsuldar olmasında böyük rol oynayır. EaPConnect layihəsi sayəsində institutumuzun tədqiqatçıları AzScienceNet vasitəsilə GEANT tərəfindən göstərilən xidmətlərdən istifadə edə bilirlər və ümid edirəm ki, alimlər bu fürsətlərdən bəhrələnməyə davam edəcəklər”.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev

İkinci layihədən  gözləntilər

“EU4Digital: Birləşdirən Tədqiqat və Təhsil İcmaları” ikinci EaPConnect layihəsi 1 İyul 2020-ci ildə başladı və onun ilk layihənin nailiyyətləri üzərində qurulması nəzərdə tutulmuşdur. Layihə tərəfdaşları ikinci layihə ilə bağlı gözləntilərini “Geant Connect”  jurnalında bölüşüblər.

Bu Azərbaycan üçün nə deməkdir?

“Güman edirəm ki, yeni layihədə IV sənaye inqilabında və süni intellekt texnologiyalarında davam edən  inkişafı nəzərə alaraq, daha “ağıllı” və qabaqcıl  şəbəkə servislərinin tətbiqinin şahidi olacağıq”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Rasim Əliquliyev

eapconnect.eu

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı