Çap təsvirlərinin mürəkkəbliyinin çap prosesinə təsiri ilə bağlı araşdırmalar aparılır Dekabr 10, 2020 | 12:16 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin “Çap təsvirlərinin mürəkkəbliyinin çap prosesinə təsiri” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirildi.

Məruzəni təqdim edən şöbənin əməkdaşı Xanımqız Ağabalayeva ofset çap maşınları haqqında ümumi məlumat verərək onların iki növ – vərəqli və rulonlu ofset çap maşınları üzrə sinifləşdirildiyini diqqətə çatdırdı. Ofset çap maşınlarının daha keyfiyyətli çap etməsinin onların əsas üstünlüyü olduğunu söylədi.

Sonra rəqəmsal çap maşını haqqında məlumat verən məruzəçi son 20 ildə rəqəmsal çap qurğularının məhsullarının keyfiyyətinin daha da yaxşılaşdırıldığını qeyd etdi. Vurğuladı ki, rəqəmsal çap üsulunda fotoformalar çıxarılmır, çap forması hazırlanmır, idarəetmə isə düymələrlə yerinə yetirilir. Bu çap texnologiyaları ənənəvi çap üsulları ilə müqayisədə kiçik həcmli tirajları daha səmərəli istehsal etməyə imkan verir: “Rəqəmsal çap maşınlarının bir neçə tipi mövcuddur. Bunlara tonerlə çap etmək, açıq və qapalı məkanlar üçün çap avadanlıqları, çap və kəsim avadanlığı, parça üzərində keyfiyyətli çap edən avadanlıq aiddir”.

X.Ağabalayeva rəqəmsal çap maşınlarının üstünlüklərindən bəhs edərək qeyd etdi ki, bu maşınlarda tirajın ölçüsü bir səhifənin qiymətinə təsir etmir. Bu qiymət kalkulyasiyanın metodu, çap maşının yaşı və növündən asılı olaraq dəyişə bilər.

Daha sonra məruzəçi poliqrafiya məhsullarının mürəkkəblik qrupları haqqında məlumat verdi. Nəzərə çatdırdı ki, görülən işlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi, gəlir əldə edilməsi, eləcə də ehtiyatların düzgün bölüşdürülməsi üçün başqa istehsal sahələrində olduğu kimi, poliqrafiya sahəsində də görüləcək işin mürəkkəbliyini bilmək vacibdir.

Sonda o, mürəkkəblik qruplarının ofset və rəqəmsal çap prosesinə təsirindən danışdı, müxtəlif mürəkkəblik qruplarına təyin olunan nəşrlər üçün maşın fəaliyyətinin məhsuldarlığının tirajdan asılılığının qrafikini əyani şəkildə izah etdi.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı