İnstitutun böyük elmi işçisi “Horizon 2020” proqramı üzrə milli əlaqələndirici şəxs təyin edilib Dekabr 08, 2020 | 11:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov  Avropa Komissiyasının “Horizon 2020” Tədqiqat və İnnovasiya Proqramı üzrə İnformasiya və kommunikasiya texnologiyaları sahəsində milli əlaqələndirici şəxs təyin edilib. 

M.Həşimov Azərbaycan Texniki Universitetini bakalavr və magistr pilləsi üzrə bitirmişdir. 2016-cı ildə İnformasiya Texnologiyaları İnstitutunda  “Şəbəkə mühitində bulud servislərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə etmişdir.

Hazırda bulud texnologiyaları və Əşyaların İnternetinin elmi-nəzəri problemləri istiqamətində tədqiqatlar aparır.

Qeyd edək ki, “Horizon 2020” Avropanın tədqiqat və innovasiya üzrə ən böyük proqramıdır. Əsas məqsədi Avropa İttifaqının elm, texnologiya və innovasiya sahəsində mövqeyini möhkəmləndirməkdir. Elmdə mükəmməllik, sənayedə liderlik və sosial məsələlər layihənin prioritet istiqamətləridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı