Zəfər günümüz əbədi olsun! Dekabr 04, 2020 | 01:01 / Müsahibələr, çıxışlar
...Əslində Qarabağda qələbə ümidimi heç zaman tam kəsməmişdim. Ancaq heç bu qədərinə də inamım olmamışdı. Nəinki bu qədərinə, heç bunun yarısına da inamım qalmamışdı. Çətin olsa da etiraf edim ki, hətta istəsəm də heç Ümummilli liderimizin bunu edə biləcəyinə çox da inanmamışdım.

Heç Prezidentimdən də bu qədərini gözləməmişəm. Qəlbimdə, ürəyimdə bir ümid, işartı olubsa da tam inanmamışam. Hesab etmişəm ki, bu məsələ uzaq gələcəkdə hansısa formada birtəhər həll olunacaq. Özümü tam inandıra bilməmişəm. İndi utanıram. Keçmiş hadisələrə düzgün qiymət verə bilmədiyimə utanıram.

Bəzən fikirləşmişəm ki, bəlkə elə 5 rayonu almaq daha xeyirdir. İndi o vaxtkı fikirlərimə utanıram.

Ümummilli LİDERİMİZƏ, PREZİDENTİMİZƏ tam inana bilmədiyim üçün utanıram. 2016-cı il aprel döyüşlərində də bəzən "Niyə, nə üçün dayandıq?" deyə şübhəyə düşmüşəm. Aprel Şəhidlərimizə üzülmüşəm, acımışam.

***
…Sentyabr döyüşləri başlayanda əvvəl ürəklənmişəm. İlk günlərdən sonra yenə heyifsilənmişəm. İstəməmişəm ki, nahaq, nəticəsiz qanlar tökülsün.

İstəməmişəm ki, itgilərimiz, Şəhidlərimiz olsun. Yenə şübhəyə düşmüşəm. Yəqin 3-5 kənd alıb dayanacağıq deyə fikir etmişəm.
İnanmaq istəsəm də, tam inana bilməmişəm. Sizi bilmirəm, indi ola bilsin ki, çoxlarınız deyəcəksiniz ki, Siz daha çox inanmısınız. Ancaq mən tam inana bilməmişəm. İstəsəm də belə inana bilməmişəm.

...Nə yaxşı ki, 4 oktyabrda Cəbrayılla qələbə soraqlı günlərimiz başladı. Ancaq yenə də bu qədərini gözləmirdim. Gözləyə bilmirdim.

Qələbə sevincli oktyabrın ilk ongünlüyündə yenə bir dəfə növbəti qələbə “tvit”i alanda evdə idim. Yamanca sevinirdim. Birdən ağlıma gəldi ki, İlahi görəsən ŞUŞA qələbəsini də almaq olarmı? Bu fikirdən titrədim. Səsim çıxmadı. Bu fikri xanımıma demək istədim. Əvvəl deyə bilmədim. Səsim boğulurdu. ŞUŞA qələbəsinə xəyalən inanmaq belə mənə çətin idi. Bircə onu bilirəm ki, zorla-güclə xanımıma “ŞUŞAnın qələbə xəbəri olsa, adamı sevincdən DƏLİ EDƏR” deyə bildim. Göz yaşlarımı saxlaya bilmədim. Bərk kövrəldim.
 
... Ancaq günlər keçdi. Biz qələbələrə inandıq. ALİ BAŞ KOMANDANA inandım.

Hadrut qələbəsi, Füzuli qələbəsi, Zəngilan qələbəsi, Qubadlı, qələbəsi, Xudafərin qələbəsi... Biz Qələbədən doymurduq. Biz Qələbəyə təşnə idik. Qələbə tamarzısı idik. ALİ BAŞ KOMANDAN bizi QƏLƏBƏLƏRƏ, ZƏFƏRLƏRƏ yaman öyrətdi.
...Nəhayət ŞUŞA qələbəsi gələndə MƏN DAHA DƏLİ OLMADIM! Ancaq dəli sevincdən bayraq götürüb milyonlara qoşuldum. Sevinclə dünyaya haray çəkdim.ŞUŞA tam qələbə rəmzi idi. Tam qələbənin astanasında idik.

...Həmin gün – noyabrın 9-dan 10-na keçən gecə nisbətən tez yatmışdım. Qəflətən mobil telefonun davamlı zənginə ayıldım. Əvvəl açmaq istəmədim. Ancaq baxdım ki qızımdır. Bildim ki nəsə hadisə baş verib. Qorxaraq açdım. Qızım həyəcanlı idi. Səsi titrək halda “Nə yatmısan, qalx, Bakıya deyəsən raket atıblar, müharibə qurtarır, Prezident xalqa müraciət edir”.
İlahi, sanki başıma daş düşdü, sevincim anidən qırıq-qırıq oldu. Yaşam sevgim qurtardı. Zorla televizoru açdım. Prezidentlər imza edirdilər. Sonra Prezident xalqa müraciət etdi. Diqqətlə qulaq asdım. Getdikcə sakitləşdim. Başa düşdüm ki, Prezidentim haqlıdır. O anda tam qərara gəldim ki, bir daha

PREZİDENTİMDƏN bədgüman olmamalıyam. PREZİDENTİMƏ TAM İNANMALIYAM.
Sonra Ağdam, Kəlbəcər, Laçın qələbəsi də gəldi. Qələbələr daha məni dəli etmir, sadəcə sevindirir.
QARABAĞ QƏLƏBƏSİ DƏ MƏNİ DƏLİ ETMƏDİ! MƏN QƏLƏBƏLƏRƏ ÖYRƏNDİM!
MƏN ZƏFƏR GÜNÜMÜZÜ GÖRDÜM! ANCAQ SEVİNCDƏN DƏLİ OLMADIM! Əziz PREZİDENTİM! Hörmətli ALİ BAŞ KOMANDANIM!
Sizə vaxtında tam inana bilmədiyimizə görə BAĞIŞLAYIN!

TAM QƏLƏBƏYƏ, TAM ZƏFƏRƏ İNANIRIQ! EŞQ OLSUN PREZİDENTİMİZƏ!
EŞQ OLSUN ALİ BAŞ KOMANDANA! ZƏFƏR GÜNÜMÜZ ƏBƏDİ OLSUN!


AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı