IV sənaye inqilabının texnoloji perspektivlərinə həsr olunmuş onlayn konfrans öz işinə başlayıb Noyabr 26, 2020 | 02:34 / Konfranslar, iclaslar

26 noyabr 2020-ci il tarixdə Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə Dördüncü sənaye inqilabının texnoloji perspektivləri: sənaye interneti, kiberfiziki sistemlər və intellektual texnologiyalar mövzusunda onlayn konfrans öz işinə başlayıb.

Noyabrın 27-dək davam edəcək tədbirdə müxtəlif elm və təhsil qurumlarından olan alim və tədqiqatçıların Sənaye 4.0 (Industry 4.0) konsepsiyasının əsas istiqamətləri və onların tətbiqi sahələri, Rəqəmsal iqtisadiyyat (Digital Economy)İntellektual texnologiyalar, Sənaye 4.0 və Rəqəmsal iqtisadiyyat mühitində informasiya təhlükəsizliyi, Sənaye 4.0: elm və təhsil bölmələri üzrə məruzələri dinləniləcək.

Qeyd edək ki, konfransda AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları da çıxış edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı