Proqramlaşdırmanın əsaslarına dair yeni kitab çap olunub Noyabr 19, 2020 | 11:27 / Yeni nəşrlər

C++ dilində proqramlaşdırmanın əsasları” adlı kitab C++ dilinin nümunəsində proqramlaşdırmanın əsaslarını öyrətmək və başqa proqramlaşdırma dillərinin öyrənilməsi üçün qabiliyyətləri formalaşdırmaq üçün nəzərdə tutulmuşdur.

Yeni nəşrin müəllifləri Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə və AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı İsmayıl Calallıdır.

Rəyçilər isə AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və BDU-nun İnformasiya Texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, texnika elmləri doktoru, professor Ələkbər Əliyevdir.

Kitabda verilmiş materialların mənimsənilməsi nəticəsində bu istiqamətlər üzrə bilik və bacarıqların formalaşdırılması nəzərdə tutulur: proqramlaşdırma mühitlərində müxtəlif proqram layihələrinin yaradılması, proqramların kompilyasiya edilməsi, proqramdakı sintaktik və alqoritmik yanlışlıqların tapılıb düzəldilməsi, standart riyazi məsələlərin həlli proqramının yazılması (ədədin rəqəmlərə ayrılması, verilmiş aralıqdakı bütün sadə ədədlərin aşkarlanması, massivin ən böyük və ən kiçik elementinin tapılması və s.).

Kitab ilk növbədə ali və orta ixtisas məktəblərində proqramlaşdırmanın əsaslarını öyrənən və gələcəkdə bu sahədə çalışmaq istəyən tələbələr üçün nəzərdə tutulsa da, bu vəsaitdən ümumtəhsil məktəblərinin informatika təmayüllü siniflərinin müəllimləri və şagirdləri, eləcə də proqramlaşdırmanın əsaslarını müstəqil öyrənmək istəyən hər kəs yararlana biləcək.

Qeyd edək ki, yeni vəsait AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı