İnstitutun şöbə müdiri beynəlxalq konfransın elmi komitəsinin üzvü seçilib Noyabr 19, 2020 | 01:12 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev Robotika və süni intellekt üzrə 4-cü beynəlxalq birgə konfransın (4th International Joint Conference on Robotics and Artificial Intelligence – JCRAI 2021) elmi komitəsinin üzvü seçilib.

28-30 avqust 2021-ci il tarixlərində Çinin Qingdao şəhərində keçiriləcək konfransın əsas istiqamətlərinə süni intellekt (agent və multi-agent sistemlər, ekspert sistemlər, qeyri-səlis məntiq, neyroşəbəkələr və s.), maşın görməsi (əlavə reallıq, bioinformatika, insan-kompüter qarşılıqlı əlaqəsi və s.), robotika (köməkçi, avtonom, mobil robotlar və s.), Data Science, “ağıllı” şəhərlər, təhlükəsizlik üçün Big data analitikası, biometriya, maşın təlimi və s. daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı