Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib Noyabr 17, 2020 | 05:00 / Mühüm hadisələr

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Milli Dirçəliş Günü münasibətilə paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:

“Bütün Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi və səadət diləyirəm!

Bu gün bizim hamımızı Vətənimizə ən nurlu, səmimi hisslər, ona, onun uğurlarına, nailiyyətlərinə və qələbələrinə görə qürur duyğuları birləşdirir! Qoy Azərbaycan xalqının həmrəyliyi və dövlət müstəqilliyimiz əbədi olsun! Qoy Azərbaycanda daim sülh, firavanlıq və təhlükəsizlik hökm sürsün! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!”.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı