GPON texnologiyasına həsr olunmuş elmi seminar keçirildi Noyabr 16, 2020 | 11:14 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti onlayn elmi seminarı keçirildi.

Seminarı giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktrou, dosent Rəşid Ələkbərov seminarın GPON texnologiyasına həsr olunduğunu diqqətə çatdırdı. 

İnstitutun əməkdaşı Orxan Mənsimzadə mövzuya dair çıxış edərək öncə GPON (Gigabit Passive Optical Networks)  haqqında məlumat verdi. Bildirdi ki, GPON PON (Passive Optical Network), mərkəzdə OLT (Optical Line Terminal), uc nöqtələrdə isə ONT (Optic Network Terminal) nöqtəsindən çox sayda nöqtələrə qədər olan passiv şəbəkələrdir.

Məruzəçi qeyd etdi ki, GPON triple-play servisi, yüksək bant genişliyi ötürməsi və uzun məsafəli (təqribən 20 km) xidmət əhatə dairəsini dəstəkləyir. Eyni zamanda GPON texnologiyası böyük şəbəkə xidməti verən operatorların əsas seçimidir.

O, PON standartları (BPON, EPON, XG-PON, NGE-PON) haqqında ümumi məlumat verdikdən sonra GPON arxitekturasını təqdim etdi. Bildirdi ki, GPON Dalğaboyu Bölmə Multipleksiyası (WDM - Wavelength Division Multiplexing) texnologiyasını tətbiq edir və tək bir lif üzərində ikiistiqamətli ünsiyyəti asanlaşdırır. 

Tədqiqatçı söylədi ki, GPON birdən çox istifadəçinin upstream/downstream siqnallarını tək bir lif üzərində ayırmaq üçün iki multipleksləmə mexanizmini tətbiq edir: “Aşağı istiqamətdə məlumat paketləri yayım üsulu ilə, axın istiqamətində məlumat paketləri isə TDMA qaydasında ötürülür”.

Sonda məruzəçi GPON texnologiyasının üstünlüklərindən bəhs edərək diqqətə çatdırdı ki, bu texnologiya  enerjiyə 70% qənaət edir və 22% daha az istilik istehsal edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı