Akustik küy və elektron tullantı problemlərinin həlli ilə bağlı tədqiqatlar davam etdirilir Noyabr 16, 2020 | 01:08 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin 2020-ci il üzrə hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbənin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs  Ağayev bildirdi ki, şöbə əməkdaşları hesabat dövründə bir istiqamət, iki problem və iki mövzunun müxtəlif məsələləri üzrə tədqiqat işləri aparmışlar.

Elektron tullantı problemlərinin analizi və onların həlli yolları mövzusu üzrə MDB ölkələrində onların idarəçiliyi sahəsindəki mövcud vəziyyətin monitorinqi aparılmış, müasir idarəetmə modelləri analiz edilmişdir.

Əşyaların İnterneti və 5G mobil rabitə texnologiyalarının tətbiqi ilə milli akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi mövzusu üzrə ətraf mühitin akustik küy çirklənməsi problemləri və onların həlli yolları, bu çirklənmənin insan sağlamlığına təsiri xüsusiyyətləri analiz edilmiş, ərazinin xüsusiyyətlərindən və aparılma məqsədlərindən asılı olaraq dəqiqlik meyarına görə akustik küy monitorinqi metodikasının seçilməsi üçün tövsiyələr işlənmişdir. Qeyd olunan mövzular üzrə aparılmış tədqiqat işlərinin nəticələrinə aid tanınmış elmi jurnallarda, elmi-texniki konfranslarda məqalə və tezislər çap olunmuşdur.

Diqqətə çatdırıldı ki, hazırda süni intellekt əsasında ərazinin küy çirklənməsinin proqnozlaşdırılması modeli, institutun ərazisinin akustik küy çirklənməsi vəziyyətinin monitorinqinin aparılması və küydən mühafizə tədbirlərinin işlənməsi və s. mövzular üzrə məqalələrin hazırlanması işləri davam etdirilir.

Daha sonra məruzəçi elmi-innovasiya, elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmmetrik göstəricilər, beynəlxalq elmi-texniki əməkdaşlıq çərçivəsində şöbədə görülmüş işlər haqqında məlumat verdi.

Hesabat ilə bağlı fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi, çoxsaylı suallar cavablandırıldı.

Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı