Süni intellekt texnologiyaları əsasında elmi biliklərin avtomatik əldə olunması məsələləri tədqiq olunub Noyabr 16, 2020 | 12:51 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin 2020-ci il üçün illik hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri Təhmasib Fətəliyev bir il ərzində görülmüş işlərin nəticələri haqqında məlumat verdi.

Məruzəçi şöbədə institutun əsas elmi istiqaməti çərçivəsində e-elmin formalaşdırılması problemləri üzrə “Süni intellekt texnologiyaları əsasında elmi biliklərin avtomatik əldə olunması məsələləri”nin tədqiq olunduğu, “Elmdə idarəetmə qərarlarının qəbuluna informasiya dəstəyini təmin edən sistemin yaradılmasının konseptual məsələləri”nin işləndiyi, “Neft-qaz kompleksinin Industry 4.0 konsepsiyası əsasında qurulması məsələlərinin tədqiqi, videonəzarət alt sisteminin yaradılmasının konseptual modelinin işləndiyi və kompleksin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tövsiyələr verildiyi, həmçinin “Süni intellektin neft-qaz kompleksində tətbiqinin konseptual məsələləri”nin işləndiyi haqqında hesabat verdi. Qeyd etdi ki, şöbədə vətəndaş elminin tədqiqi üzrə işlər davam etdirilmiş və vətəndaş elmi layihələrinin formalaşdırılması məsələləri, vətəndaş elmi və könüllülər hərəkatının qarşılıqlı əlaqəsi və inkşafı perspektivləri araşdırılmışdır.

O, elmi-innovasiya fəaliyyəti çərçivəsində görülmüş işlər barədə də məlumat verərək, bu istiqamətdə AR Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi “Industry 4.0 konsepsiyası əsasında neft-qaz sənayesinin kiber-fiziki infrastrukturunun formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” qrant layihəsi üzrə tədqiqatlarda iştirak edildiyini vurğuladı.

Şöbənin elmi-tədqiqat fəaliyyətinin nəticələrindən danışan məruzəçi bir sıra məqalələrin nüfuzlu jurnallarda çap edildiyini və beynəlxalq elmi konfranslarda müzakirə olunduğunu diqqətə çatdırdı.

T.Fətəliyev, həmçinin şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev məruzə ilə bağlı müəyyən tövsiyələr verdi. Süni intellekt texnologiyaları əsasında elmi biliklərin avtomatik əldə olunması məsələlərinin aktuallığını qeyd edərək, bu istiqamətdə tədqiqatların davam etdirilməsinin vacibliyini vurğuladı.

Hesabat ətrafında müzakirələr aparıldı, bir sıra təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı