İnstitutun Elmi şurasının növbəti onlayn iclası keçirildi Noyabr 07, 2020 | 01:19 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın növbəti onlayn iclası keçirildi. Öncə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırdı.

Sonra Ümumi şöbənin müdiri Dinara Zeynalova 2020-ci ilin oktyabr-noyabr ayları üçün institut əməkdaşlarına verilmiş tapşırıqların icra vəziyyətindən danışdı. O, tapşırıqlara əsasən, “Zoom Meeting” proqramı vasitəsilə müxtəlif problemlərə həsr olunmuş elmi seminarların təşkili, beynəlxalq və respublika səviyyəli elmi jurnallara və elmi-praktiki konfranslara məqalələrin təqdim olunması və nəşri, aparılan araşdırmalarla bağlı icmalların hazırlanması, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti, elmi tədqiqatların nəticələrinə dair məqalələrin hazırlanması və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı məsələlərdən bəhs etdi.

Akademik R.Əliquliyev çıxış edərək institut əməkdaşlarına müvafiq tapşırıqlar üzrə tövsiyələrini verdi, hər bir tədqiqatçını mövzuları üzrə elmi araşdırmaları dərinləşdirməyə, beynəlxalq təcrübəni öyrənməyə və dünya elminə inteqrasiya etməyə çağırdı. Alim, həmçinin institut əməkdaşlarının beynəlxalq proqramlarda və qrant layihələrdə iştirakı ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğuladı.

 

Tədbirdə, həmçinin institutun struktur bölmələrinin 2020-ci ilin nəticələrinə dair hesabatlarının keçirilməsi və doktorantların elmi fəaliyyəti ilə bağlı müzakirələr aparıldı.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı