Akademik Rasim Əliquliyev: “Azərbaycan Respublikası bu gün özünün informasiya suverenliyini tam təmin edib” Noyabr 05, 2020 | 01:59 / Müsahibələr, çıxışlar

AMEA-nın vitse-prezidenti, AMEA İnfromasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) “Əsas məsələ” verilişinin qonağı olub.

Verilişdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həm ön cəbhədə gedən döyüşlərdə, həm də informasiya müharibəsində əldə olunan nailiyyətlər müzakirə olunub.

Akademik Rasim Əliquliyev tarixi zəfərlərin əldə olunmasında dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və onun Azərbaycan dövlətinin haqlı mövqeyini böyük məharətlə ifadə etməsinin əvəzsiz rolu olduğunu söyləyib.

Alim Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrin apa­rıcı informasiya agentliklərinə müxtəlif dillərdə verdiyi cəsarətli, qətiyyətli və qeyrətli müsahibələrə, ölkə­mi­zin vətəndaşlarını, eləcə də xaricdə yaşayan azərbaycanlıları bir yumruq kimi bir­ləş­dir­mə­sinə, onlarda böyük ruh yüksəkliyi yaratmasına diqqət çəkib. Vurğulayıb ki, son onilliklər ərzində Azər­bay­ca­nın informasiya müharibəsində qurduğu həm etibarlı müdafiə, həm də effektiv hücum sistemi mühüm uğur­lara imza atır.

Akademik Rasim Əliquliyev dövlətimizin malik olduğu güclü internet və kosmik sənaye infrastrukturu, eləcə də dünya informasiya sisteminə inteqrasiyası haqqında geniş məlumat verib: “30 ilə yaxın müddətdə atəşkəs olmasına baxmayaraq, Azərbaycan dövləti özünün silahlı qüvvələrinin müdafiə qüdrətinin yüksəldilməsi, eyni zamanda informasiya suverenliyinin təmin olunması istiqamətində çox güclü texnoloji tədbirlər həyata keçirib”.

Alim, həmçinin Azərbaycanın elm ictimaiyyəti nümayəndələrinin intellektual informasiya müharibəsində həyata keçirdikləri işlər haqqında ətraflı məlumat verib. “Bütün Azərbaycan ziyalıları informasiya müharibəsinin əsgərləri kimi öz potensialından maksimum şəkildə istifadə edir, xarici həmkarları ilə əlaqələr qurur, kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edərək Azərbaycan reallıqlarını həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırır” – deyə AMEA-nın vitse-prezidenti vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı