Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi şurasının onlayn iclasında prioritet məsələlər müzakirə olundu Noyabr 04, 2020 | 01:35 / Konfranslar, iclaslar

Noyabrın 3-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) El­mi şurasının növbəti onlayn iclası keçirildi.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əliquliyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, şu­ra üzvləri, elmi müəssisələrin rəh­­bər­ləri, elmi katibləri, icti­maiy­yət­lə əlaqələr şö­bə­lə­ri­nin rəhbərləri, həmkarlar təşkilatla­rı­nın nü­ma­yəndələri, gənc alim və mütəxəssislər, eləcə də qadınlar və ve­te­ran­lar şuralarının sədr­lə­ri işti­rak etdilər.

İclasın gündəliyində olan ilk məsələ – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ mü­ha­ri­bə­sin­də erməni təcavüzünə məruz qalmış ərazilərlə əlaqədar FRTEB-in elmi müəs­si­sə­lə­ri­nin təxirə­sa­lın­maz vəzifələri və elmi priori­tet­lə­ri onlayn iclasın iştirakçılarının geniş müza­ki­rə­­sinə çıxarıldı.

Akademik Rasim Əliquliyev qeyd etdi ki, adıçəkilən məsələ AMEA-nın Rəyasət He­yə­ti­nin bir neçə gün öncə keçirilən iclasında da xü­su­si diqqət mərkəzində oldu. Bildirdi ki, Azər­bay­can Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi al­tın­da müzəffər Azərbaycan ordusu erməni işğalına məruz qalan ərazilərimizi azad edir. Erməni vandalizminin nəticəsində viran qalan yaşayış məntəqələrimizin, sənaye infrastrukturunun, kommunikasiya və nəqliyyat xətlərinin, kənd təsərrüfatının, ekologiyanın, su ehti­yat­la­rı­nın, flora və faunanın, eləcə də Qarabağ mədəni mühitinin – tarixi memarlıq və di­ni abidə­lə­rinin, folk­lo­ru­nun, və s. bərpa olunması istiqamətində iş­ğal­dan azad edil­miş əra­zi­lərdə müasir tex­no­­logiyalar əsa­sında  yeni elmi infrastruktur layihələrinin həyata keçirilməsi və burada in­for­ma­si­ya tex­no­lo­gi­ya­larının geniş tətbiq edilməsi, həmçinin Elektron Qarabağ çər­çivəsində müəyyən işlərin gö­rül­mə­si yaxın gələcək üçün FRTEB-in elmi müəssisələri qar­şı­sında duran mühüm vəzifələrdəndir.

Elmi şuranın iclasının gündəliyində yer alan növbəti məsələ Bakıda keçiriləcək 73-cü Bey­nəl­xalq Astronavtika Konqre­sin­də Böl­mənin elmi müəssisələrinin iştirakı haqqında idi.

Akademik Rasim Əliquliyev 1973-cü ildə Ulu öndər Heydər Əliyevin dəstəyi ilə Azər­bay­can­da Beynəlxalq Astronavtika Konqresinin ke­çi­­ril­­məsinin ölkəmizdə kos­mik sənayenin əsasının qoyulması və inkişafı üçün ta­ri­xi nai­liy­yət olduğunu vur­ğu­ladı.

Onlayn iclasda çıxış edən “Azərkosmos” ASC-nin  sədri Rəşad Nəbiyev diqqətə çatdırdı ki, 2019-cu ildə Vaşinqton şəhərində keçirilən Astronavtika Federasiyasının Baş Assam­ble­ya­sın­da Ba­kı şəhəri 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüqu­qu­nu qa­zan­dı. Onun sözlərinə görə, 73-cü Beynəlxalq Astronavtika Konqresinə namizəd ev sa­hib­ləri arasında Nyu-Delhi, Rio-de-Janeyro kimi dünya texnologiya sənayesinin qabaqcıl şə­hər­ləri vardı. “Doğma Ba­kımızın bu cür mötəbər tədbirə ev sahibliyi etmək hüququnu qazan­ma­sı ölkəmizin kosmik sə­na­ye, innovasiyalar, İKT sahəsində Azərbaycan Respublikasının Pre­zi­­denti cənab İl­ham Əliyevin rəh­bərliyi və uzaqgörən siyasətinə söykənən uğurlarına, onun bey­nəlxalq nüfuzuna verilən mühüm qiy­mətdir”.

Elmi şuranın üzvləri tərəfindən ölkəmizdə kosmik tədqiqatlar sahəsində beynəlxalq əmək­daş­lığın perspektivləri, “Azərkosmos” ASC ilə yeni elmi əlaqələrin qurulması və s. müzakirə edildi, həmçinin xarici ölkə alim­ləri ilə birgə tədqiqatların aparılması, xüsusilə, bu sahədə gənc kadrların hazırlanması barədə tək­liflər irəli sürüldü.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev FRTEB-in elmi müəs­­­si­sə­lə­ri­nin Azərbaycan Respub­li­ka­sı­nın Silahlı Qüvvələrinə dəstəyi haqqında məlumat verdi, qeyd etdi ki, bölmənin alim və mütəxəssisləri xalqımızın haqq müba­ri­zə­sində bö­yük əzm­kar­lıq nümayiş etdirirlər. Alimin sözlərinə görə, FRTEB-in elmi müəssisələri iş­­ğal al­tın­da olan tor­paq­larımızın azad olunması uğ­­runda Mil­li Ordumuzun əks-hücum əmə­liy­­­yat­­ları­nın, həm­ç­­inin öl­kə­mizin ədalətli mübarizəsinin regional və dünya səviyyəli aparıcı elm və me­dia qu­rum­larında ob­yek­tiv şəkildə işıqlandırılması, mənfur düşmənin əsl simasının dün­ya icti­maiy­­­yə­ti­nə ta­nıdılması isti­­qa­mə­tində cənab Prezidentin apardığı ar­dıcıl və məqsəd­yön­­lü si­­ya­sə­ti­ tam dəs­tək­lə­yir, milli ma­raqların qorunması, ərazi bütövlüyümüzün təmin edil­mə­si üçün həm ön, həm də arxa cəb­hədə əl­lərindən gələni əsirgəmirlər.

Sonra Elmi şuranın üzvləri AMEA Rəyasət Heyətinin 30 oktyabr 2020-ci il tarixli “AMEA-nın elmi müəssisələrində 2020-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair he­sabat­lar haqqında” qərarından irəli gələn məsələləri müzakirə etdilər.

Onlayn iclasın gündəliyində yer alan məsələlər içərisində AMEA-nın Fizika İnsti­tu­tu­nun El­­mi şurasının tərkibində, eləcə də İdarəetmə Sistemləri İnstitutunun struk­tu­runda qismən dəyi­şik­­lik edilməsi, Biofizika İnstitutunda doktorantura və magistratura təh­si­li­nin təşkil olunması vardı.

Bölmənin Elmi şurası AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin 70 illik yubileyinin ke­çirilməsi, Radiasiya Problemləri İnstitutunun əməkdaşı Səbinə Məhər­rə­mo­­vanın Norveçin Oslo Universitetinə ezam edilməsi haqqında müvafiq qərarlar qəbul etdi.

Sonda bir sıra həlli vacib olan məsələlər müzakirə olundu, suallar cavablandırıldı.

frteb.science.gov.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı