İnstitutun elmi işçisi “TurkLang-2020” beynəlxalq konfransında çıxış edib Noyabr 03, 2020 | 12:15 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Səbinə Məm­mədza­də “TurkLang-2020” onlayn beynəlxalq konfransında “Azərbaycan Milli Transliterasiya Sisteminin inkişafı” (“Development of the National Transliteration System of Azerbaijan”) mövzusunda məruzə edib. 

S.Məmmədzadə məruzədə Milli Transliterasiya Sisteminin yaradılmasının normativ-hüquqi əsasları, əsas məqsədi, mövcud beynəlxalq transliterasiya standartları, Azərbaycanda transliterasiya ilə bağlı problemlər, eləcə də Milli Transliterasiya Sistemi və “Transliterasiya” veb-portalı haqqında məlumat verib.

Türk dillərinin kompüter emalı üzrə keçirilən “TürkLang 2020” VIII beynəlxalq konfransında türk dilləri üçün rəsmi modellər, kompüter sistemlərinin milli lokallaşdırılması və terminologiya, nitq texnologiyaları və sistemləri, maşın tərcüməsi sistemləri və s. mövzularda məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı