Riyaziyyat sahəsində yeni dərslik işıq üzü görüb Oktyabr 27, 2020 | 05:10 / Yeni nəşrlər

Dərslik Bakı Dövlət Universitetinin (BDU) 100 illiyinə həsr olunub.

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovinstitutun şöbə müdiri, professor  Ramiz Aslanov və BDU-nun dosenti Sevda İsayevanın həmmüəllifliyi ilə “Ali riyaziyyat” adlı dərslik çap olunub.

Dərsliyin elmi redaktoru fizika-riyaziyyat elmləri doktoru, professor Telman Məlikovdur.

10 fəsil və 3 əlavədən ibarət dərslik Xətti cəbr və həndəsənin analitik elementləri, Riyazi analizə giriş, İnteqral hesabı, Çoxdəyişənli funksiyalar, sıralar, Kompleks ədədlər, Adi diferensial tənliklər, Xüsusi törəməli diferensial tənliklər, Ehtimal nəzəriyyəsi və Riyazi statistikanın elementləri bölmələrindən ibarətdir.

Kitab BDU-nun Kimya və Coğrafiya fakültələrinin tədris planlarına və proqramlarına uyğun yazılmışdır. Dərslikdən universitetin Riyaziyyat ixtisası üzrə təhsil almayan, digər ixtisaslarda oxuyan tələbələri, eləcə də başqa ali məktəblərin tələbələri və müəllimləri də istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı