Dünya şöhrətli alim Lütfi Zadənin 100 illik yubileyi keçiriləcək Oktyabr 22, 2020 | 10:09 /

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun onlayn iclasında çıxışı zamanı bu barədə məlumat verib. Alim bildirib ki,  2021-ci ildə dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütfi Zadənin anadan olmasının 100 ili tamam olacaq.

R.Əliquliyev dahi şəxsiyyətin 100 illik yubileyinin təşkili ilə əlaqədar olaraq rəhbərlik etdiyi institut tərəfindən təşəbbüs qaldırıldığını, AMEA-nın Rəyasət Heyətində bu məsələyə dair müvafiq qərarın qəbul olunduğunu diqqətə çatıdırb. Bildirib ki, gələn il L.Zadənin yubiley tədbirinin keçirilməsi, alimin xatirəsinə həsr olunmuş məqalələrin hazırlanması, eləcə də kütləvi informasiya vasitələrində çıxışların edilməsi nəzərdə tutulur.

Akademik, həmçinin 2021-ci ildə İnformasiya Texnologiyaları İnstitutunun yaranmasının 50 illiyi münasibətilə yubiley tədbirinin keçiriləcəyini diqqətə çatdırıb: “Tədbirdə institutun yarım əsr ərzində Azərbaycan elminin və informasiya kommunikasiya texnologiyaları sahəsinin inkişafına verdiyi töhfələr, prioritet istiqamətlərdə aparılan tədqiqatlar, eyni zamanda qarşıda duran vəzifələrə dair məlumatların ictimaiyyətə təqdim olunması nəzərdə tutulur”.

AMEA-nın vitse-prezidenti həm görkəmli alim Lütfi Zadənin 100 illik, həm də institutun 50 illik yubileyinin təşkili ilə əlaqədar olaraq tədbirlər planının hazırlanmasının vacibliyini qeyd edib, məsul əməkdaşlara bu məsələyə dair tapşırıqlar verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı