Kompüter şəbəkələrində təhlükəsizlik testlərinin tətbiqi zəruridir Oktyabr 22, 2020 | 10:08 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin “İnformasiya təhlükəsizliyi testləri: nüfuzetmə testləri” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi.

Məruzəni təqdim edən institutun magistrantı Ayşən Rzayeva öncə 2020-ci il üçün kiberhücumların statistikası haqqında məlumat verdi. Qeyd etdi ki, kiberfəza quru, hava, dəniz və kosmosdan sonra 5-ci müharibə meydanı hesab olunur. Kiberhücumlar haktivizm, kibercinayət, kibercasusluq, kiberterorizm və ya kibermüharibə məqsədləri daşıya bilər.

O, bildirdi ki, kiber mühitdə yarana biləcək təhdidlərin müəyyənləşdirilməsi bu təhdidlərə qarşı görüləcək tədbirlərin hazırlanması baxımından vacibdir. Buna görə kompüter şəbəkələrində təhlükəsizlik testlərinin tətbiqinin labüdlüyü zaman keçdikcə daha da artır.

Sonra o, təhlükəsizlik testlərinin yaranma tarixi haqqında bəzi məqamları diqqətə çatdırdı. Təhlükəsizlik testlərinin informasiya və səlahiyyət, sistemə təsir, əhatə dairəsi, yanaşma, yer və metod meyarlarına görə təsnifatları haqqında məlumat verdi.

Həmçinin nüfuzetmə testlərinin planlama, məlumat toplama, boşluqların aşkarlanması, sistemə nüfuzetmə, giriş əldəetmə və hüquqyüksəltmə, hesabat olmaqla 5 mərhələdə aparıldığını bildirdi. Bu mərhələlərdə istifadə olunan alətlər və onlara aid nümunələri seminar iştirakçılarının diqqətinə çatdırdı.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı