Neft-qaz sənayesinə həsr olunmuş məqalə beynəlxalq konfransın materiallarında nəşr edilmişdir Oktyabr 20, 2020 | 12:12 / Yeni nəşrlər

“Neft-qaz sənayesində fog computing texnologiyalarının tətbiqi məsələləri” adlı məqalə 12-13 oktyabr 2020-ci il tarixlərdə Türkiyənin İstanbul Rumeli Universitetində keçirilən “Mühəndisliyin texniki və fiziki problemləri” mövzusunda XVI  beynəlxalq konfransın (The 16th International Conference on Technical and Physical Problems of Engineering) materiallarında nəş olunmuşdur.

Son vaxtlar cloud computing texnologiyalarından neft-qaz sənayesinin müxtəlif sektorlarının idarəedilməsində geniş istifadə olunur. Cloud computing generasiya olunmuş məlumatların emal edilib saxlanılması üçün effektiv texnologiya olmasına baxmayaraq, mövcud tətbiqlərin real zamanda istifadəsi və ya gecikmə ilə bağlı məhdudiyyətlərə malik olması, eyni zamanda şəbəkənin aşağı keçiricilik qabiliyyəti kimi problemlərin həlli yalnız bu texnologiya vasitəsilə mümkün deyil.

Bu məqsədlə “Neft-qaz sənayesində fog computing texnologiyalarının tətbiqi məsələləri” adlı məqalədə fog computing texnologiyalarının neft-qaz sənayesində tətbiqi məsələsinə baxılmışdır. Fog computing-dən istifadənin cloud computing-ə nəzərən yaratdığı üstünlükləri təhlil edilmişdir.    

Tədqiqat işi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyə dəstəyi ilə yerinə yetirilən qrant layihəsi (Qrant – № 03 LR) çərçivəsində hazırlanmışdır.

Məqalənin həmmüəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovdur.

Qeyd edək ki, “Mühəndisliyin texniki və fiziki problemləri” mövzusunda tədbirin keçirilməsində əsas məqsəd elm adamları üçün mühəndislik, enerji sistemləri və texnologiya ilə bağlı tədqiqat işlərini təqdim etmək üçün yeni platformanı təmin etmək, eləcə də müxtəlif ölkələrdən olan tədqiqatçılar arasında elmi əməkdaşlığı və təcrübə mübadiləsini genişləndirməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı