İnstitutun çoxsaylı əməkdaşları ABŞ-ın Ermənistana sanksiya tətbiqi ilə bağlı petisiyanı imzalayıblar Oktyabr 12, 2020 | 04:38 / Mühüm hadisələr

Ağ Evin rəsmi saytının “Biz xalqıq” (We the People) bölməsində ABŞ-ın Ermənistana sanksiya tətbiqi ilə bağlı petisiya açılmışdır. Petisiyada Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə təcavüz edildiyi, Dağlıq Qarabağ və ətraf ərazilərin işğal olunduğu qeyd edilmişdir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun çoxsaylı əməkdaşları bu müraciətə qoşulmuş və petisiyanı imzalayaraq ABŞ-ın Ermənistana sanksiya tətbiqini dəstəkləmişlər.

Petisiyada, həmçinin Ermənistanın BMT Təhlükəsizlik Şurasının bu dövlətin Azərbaycan ərazilərini qeydsiz-şərtsiz azad etməsi ilə bağlı qəbul edilmiş qətnamələrinə əməl etmədiyi bildirilmişdir. Bununla yanaşı, diqqətə çatdırılmışdır ki, Ermənistan Haaqa konvensiyasının qaydalarını pozaraq Gəncədə, Tərtərdə, Xızıda və Bərdədə mülki əhalini raket hücumuna məruz qoyur. Sentyabrın 27-dən etibarən Ermənistanın mülki insanları hədəfə alması nəticəsində 41 nəfər ölüb, 205 nəfər yaralanıb.

Müraciətdə Ermənistana qarşı ticarət sanksiyası və hərbi embarqosunun tətbiqinə çağırılmışdır.

Petisiyanı dəstəkləmək üçün göstərilən linkə (https://petitions.whitehouse.gov/petition/sanction-republic-armenia-engaging-war-crimes-against-civilians-republic-azerbaijan?fbclid=IwAR01EQE4d3eeJJFfnZMW3hIkNGvCwHxCJ3OtZJX0mmSxyIXc-x49OU4R4m4) daxil olmaq, sağ tərəfdə ad (first name), soyad (last name), elektron ünvanı tələb olunan hissələrdə yazmaq və SİGN NOW düyməsini basmaqla petisiyanı imzalamaq olar. Bundan sonra elektron ünvana göndərilən təsdiqedici linki açmaqla petisiyanı imzalama prosesi başa çatmış olur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı