Elmi jurnalların beynəlxalq bazalarda indeksləşməsi məsələsi müzakirə olundu Avqust 24, 2020 | 04:55 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının beynəlxalq bazalarda indeksləşməsi məsələsi ilə bağlı müzakirələr aparıldı.

Bu barədə çıxış edən institutun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Könül Əliyeva “Index Copernicus”, “Scopus”, “Index Copernicus”, “Inspec”, “Open Academic Journals Index” (OAJI.net), “DBLP” və digər beynəlxalq elmi bazalara müxtəlif illərdə institut tərəfindən olunan müraciətlər barədə məlumat verdi. “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının bu bazalarda indeksləşməsi ilə bağlı görülən işləri diqqətə çatdırdı.

Sonra məruzəçi “Scopus” və “DOAJ” elmi bazalarında indeksləşmək üçün qoyulan əsas tələblərdən söz açdı. Bildirdi ki, buraya məqalələrin rəy prosesidən  keçməsi, ingilis dilində xülasələrin olması, daimi nəşr, roman əlifbası ilə biblioqrafiya, nəşr etikasına dair bəyanat, jurnalın redaktor və redaksiya heyətinin olması və s. aiddir.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək institutun elmi jurnallarının nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşməsinin mühüm məsələ olduğunu qeyd etdi, bu istiqamətdə qarşıya qoyulan vəzifələrin həlli ilə bağlı ardıcıl tədbirlər həyata keçirilməsinin önəmini diqqətə çatdırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı