İnstitutun nəzdindəki Dissertasiya Şurası öz fəaliyyətinə başlayıb Avqust 18, 2020 | 03:50 / Konfranslar, iclaslar

Bu barədə məlumatı AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev verib.

Dissertasiya Şurasının fəaliyyət göstərməsinin peşəkar kadrların yetişdirilməsi üçün geniş imkanlar yaratdığını söyləyən akademik qeyd edib ki, tədqiqat işi ilə bağlı ətraflı müzakirələrin aparılması üçün onlayn seminarlar təşkil edilməli, təklif və iradlar bildirilməli, tövsiyələr səsləndirilməlidir. Bu iclaslarda bütün şöbə rəhbərləri, doktorant və magistrantlar fəal iştirak etməli, hər bir əməkdaş institutun elmi fəaliyyətinə öz töhfəsini verməlidir. Dissertasiya işlərini müdafiə edəcək şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) bütün tələblərinə cavab verməlidirlər.

“Koronavirus pandemiyası institutun elmi fəaliyyətinə mane olmamalıdır”, – deyən R.Əliquliyev seminarların hələ ki, onlayn formada keçiriləcəyini nəzərə çatdırıb. Alim qeyd edib ki, insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağası qüvvədə olduğu müddətdə dissertasiya işlərinin müdafiəsi keçirilə bilməz: “Müdafiənin onlayn şəkildə keçirilməsinə isə icazə verilmir, çünki AAK-ın “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”sində bu məsələyə dair müddəaya yer verilməyib. Beləliklə, dissertasiya işini başa çatdıran hər bir elmi tədqiqatçı öz məsuliyyətini dərk edərək, müdafiəyə yüksək səviyyədə hazırlaşmalıdır ki, pandemiya ilə bağlı sözügedən qadağa aradan qaldırıldıqda gecikmədən müdafiə edə bilsin”.

Daha sonra AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayevə göstərdiyi etimada görə təşəkkürünü bildirən R.Əliquliyev institutla komissiya arasındakı əməkdaşlığın yalnız Dissertasiya Şurası çərçivəsində deyil, həm də digər istiqamətlər üzrə davam etdiriləcəyini diqqətə çatdırıb: “AAK ilə işgüzar münasibətlərimiz formalaşır ki, bu da institutun elmi fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynayacaq”.

Alim nitqinin sonunda institut əməkdaşlarına həm sağlamlıqlarının qeydinə qalmağı, karantin rejiminin qaydalarına riayət etməyi, həm də elmi fəaliyyətlərini gücləndirməyi tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı