İnstitut əməkdaşları elm tutumlu qrant layihələrdə uğurla iştirak edirlər Avqust 16, 2020 | 02:22 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında institut əməkdaşlarının AR Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi “Elmi-tədqiqat layihələri”, “Elm-Təhsil-Sənaye” və “Gənc Alim və Tədqiqatçıların 5-ci qrant” müsabiqələrində iştirakı ilə bağlı geniş müzakirə aparılıb.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev qeyd olunan qrant müsabiqələrinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Akademik institut alimlərinin elm tutumlu qrant layihələrdə uğurlu iştirakının davam etdirilməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, gənc alim və tədqiqatçılar bu kimi müsabiqələrdə xüsusilə fəal iştirak etməlidirlər.

Sonra çıxış edən AMEA-nın müxbir üzvü, institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev “Elmi-tədqiqat layihələri”, “Elm-Təhsil-Sənaye” və “Gənc Alim və Tədqiqatçıların 5-ci qrant” müsabiqələrində iştirak etmək üçün qoyulmuş şərtləri diqqətə çatdırıb.

Alim bildirib ki, informasiya-kommunikasiya texnologiyaları (İKT), süni intellekt, böyük verilənlərin (Big Data) emalı, rəqəmsal texnologiyalar, “Ağıllı şəhər” texnologiyaları və kibertəhlükəsizlik “Elmi-tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsi”nin prioritet istiqamətləridir: “Layihə rəhbəri və icraçılar kifayət qədər təcrübəli, beynəlxalq əlaqələrə malik, nüfuzlu elmi nəşrlərdə məqalələri dərc olunmuş alimlər olmalıdırlar”.

“Elm-Təhsil-Sənaye” qrant müsabiqəsinin əsas istiqamətləri kompüter elmləri, İKT, Big Data emalı və kibertəhlükəsizlik kimi sahələri əhatə edir”, – deyən R.Alıquliyev müsabiqəyə yalnız nəticələri sənayedə tətbiq oluna biləcək layihələrin qəbul ediləcəyini nəzərə çatdırıb.

O, “Gənc Alim və Tədqiqatçıların 5-ci qrant” layihəsində iştirak etmək üçün tədqiqatçılara geniş imkanlar verildiyini qeyd edib. Alimin sözlərinə görə, bu müsabiqəyə təqdim olunan layihələr Elmin İnkişafı Fondunun təsnifatı üzrə müxtəlif elmi istiqamətləri əhatə etməli, eyni zamanda müvafiq ali təhsil müəssisəsinin, elmi-tədqiqat institutunun elmi prioritetləri əsas götürülməlidir. Digər tərəfdən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmiş prioritetlər üzrə təqdim edilən layihələrə də üstünlük veriləcək.

Sonda məsələ ilə bağlı müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı