"Neft mədənləri üçün yeni nəsil süni intellekt texnologiyalarının işlənməsi" qrant layihəsi üzrə uğurlu nəticələr əldə edilib Avqust 14, 2020 | 11:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev institutun Elmi şurasının onlayn iclasında çıxış edib. O, SOCAR-ın Elm Fondu tərəfindən maliyyələşdirilən “NG-AI4Oil: Neft mədənləri üçün yeni nəsil süni intellekt texnologiyalarının işlənməsi” qrant layihəsi çərçivəsində görülən işlər haqqında məlumat verib.

Alim bildirib ki, hesabat dövründə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün neft-qaz sənayesində maşın təlimi metodlarının tətbiqi problemlərinin müasir vəziyyəti tədqiq olunmuş və “Neft-qaz 4.0” üçün konseptual rəqəmsal əkiz modeli təklif edilmişdir.

Aparılan tədqiqatlar nəticəsində, həmçinin geoloji modellərin adaptasiyası üçün dərin neyron şəbəkə arxitekturaları işlənmiş, lay, süxur və mayeni xarakterizə edən parametrlər əsasında neft yataqlarının neftvermə əmsalını proqnozlaşdırmaq üçün qərar ağacları üzərində qradiyent bustinqi metodları tətbiq edilmişdir.

“Quyu karotajı verilənlərinin analizi üçün maşın təlimi metodlarının, eləcə də neft quyularında geoloji-texniki tədbirlərin tövsiyə edilməsi sistemi üçün presedentlər nəzəriyyəsi və maşın təlimi əsasında metod və alqoritmlərin işlənməsi elmi-tədqiqat layihəsi çərçivəsində görülmüş işlər sırasındadır”, - deyə alim əlavə edib.

Y.İmamverdiyev tədqiqat nəticələrinin 8 konfransda müzakirə olunuduğunu, 10 məqalənin nüfuzlu jurnallara təqdim edildiyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı