“Elm, mühəndislik və texnologiya sahəsində yeni trendlər” IV beynəlxalq konqresi keçirilir İyul 08, 2020 | 12:36 / Konfranslar, iclaslar

7 iyul 2020-ci il tarixdə Rusiyanın Sankt-Peterburq şəhərində “Elm, mühəndislik və texnologiya sahəsində yeni trendlər” IV beynəlxalq konqresi öz işinə başlayıb. Tədbirin keçirilməsində əsas məqsəd son illərdə elm, mühəndislik və texnologiya sahəsində aparılan yeni tədqiqatları təqdim etmək, eləcə də  alim, mühəndis və gənc tədqiqatçılar arasında əməkdaşlıq imkanlarını genişləndirməkdir.

Sankt-Peterburq Politexnik Dövlət Universitetinin təşkilatçılığı ilə onlayn formada təşkil olunmuş konqresdə proqram mühəndisliyi, elektrik mühəndisliyi, təhsil texnologiyaları, nanomühəndislik, nanotexnologiyalar, texnologiya və innovasiya kimi mövzularda məruzələr dinləniləcək.

İyulun 9-dək davam edəcək tədbirə Azərbaycan da daxil olmaqla ABŞ, Rusiya, İtaliya, Türkiyə, Gürcüstan və digər ölkələrdən onlarla alim və tədqiqatçı qatılacaq. 

Qeyd edək ki, “Elm, mühəndislik və texnologiya sahəsində yeni trendlər” konqresi ilk dəfə 2017-ci ildə İspaniyanın Barselona şəhərində keçirilmişdir. İkinci tədbir İtaliyanın paytaxtı Roma şəhərində, sonuncu tədbir isə ötən il 6-8 avqust tarixlərdə Çexiyanın paytaxtı Praqada baş tutmuşdur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı