Neft və qaz sənayesində böyük verilənlərin emalı üçün yeni arxitektur təklif edilib İyul 07, 2020 | 12:03 / Yeni nəşrlər

Nüfuzlu IGI Global beynəlxalq nəşriyyatına məxsus “International Journal of Hyperconnectivity and the Internet of Things” adlı jurnalda AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının məqaləsi dərc olunmuşdur.

Məqalənin müəllifləri institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov,  institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və institutun doktorantı Şəlalə Tahirzadədir.

“An Architecture for Big IoT Data Analytics in the Oil and Gas Industry” (“Neft-qaz sənayesində böyük ölçülü IOT verilənlərinin analitikasi üçün arxiktektur”) adlı məqalədə neft və qaz sənayesində böyük verilənlərin emalı üçün çoxsəviyyəli analiz arxitekturu təklif edilmişdir. Həmçinin neft və qaz sənayesində istehsal proseslərinin keyfiyyətinin yaxşılaşdırılması üçün IoT texnologiyaları araşdırılmış, sənaye proseslərinə tətbiqindən bəhs edilmişdir.

Qeyd edək ki, məqalə AR Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi “Əşyaların interneti texnologiyalarının neft-qaz sənayesində tətbiqinin araşdırılması” qrant layihəsi çərçivəsində hazırlanmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı